Tənha kralın SAMSUNG şirkəti

in Steemit Azerbaijan☪✔3 years ago

Samsung konserni 1938-ci ildə Lee Byung-chul tərəfindən Samsung Trading Co adı altında, nəqliyyat (daşıma) şirkəti olaraq qurulmuşdur.

lee_byung_chul_ve_samsung_ofix_blog_2.jpg

Lee çox nadir hallarda medyada görsənərdi. Bir növü "özünə qapalı" bir həyat yaşayırdı. Elə buna görədə ona "Tənha Kral" ləqəbi verilmişdi.
1987 ci ildə Atasının vəfatından sonra şirkətin başına Li Kun Hee keçdi.

2020 ci ilə qədər konsern onun ailəsi, daha dəqiq desək, üçüncü oğlu Li Kun Hee tərəfindən idarə olunurdu.
Screenshot_20210921-182658_Chrome.jpg

"Samsung" adı düzgün şəkildə Samson formasında tələffüz olunur və Koreya dilindən tərcümədə 3 ulduz mənasını verir. 1938-1960-cı illər ərzində şirkət ərzaq və təsərrüfat məhsulları istehsal edirdi. Həmin məhsullar sırasına düyü, şəkər tozu, makaron, eləcə də pivə və düyü arağı şəklində hazırlanan spirtli içkilər daxil idi. 50-ci illərin əvvəllərində ölkədə aparılan hərbi əməliyyatlar zamanı şirkətin bütün zavodları və anbarları məhv edilmişdi. Bu hadisədən 10 il sonra Lee Byung-chul, hakimiyyətdən getmiş prezident ilə əlaqə yaratdığı sübuta yetirildiyi üçün o, həbs cəzasına məhkum edilmişdi. Bütün bu uğursuzluqlara baxmayaraq, bu adam hər dəfəsində sıfırdan başlamağı bacarmışdı. Samsung brendinə xüsusi populyarlıq qazandıran Samsung Electronics şirkəti 1969-cu ildə yaradılmışdı. Həmin dövrdə televizor, soyuducu və kalkulyatorların istehsalı ilə məşğul olan şirkət fəaliyyətinin ilk 10 ili ərzində yalnızca daxili bazarda tanınırdı. 80-ci illərin ortalarından başlayaraq şirkətin həm biznes strukturuna, həm də marketinq strategiyasına ciddi şəkildə təsir göstərən iri miqyaslı dəyişikliklər edildi. Bügun Samsung Group konserni kimya məhsullarının istehsalı, tikinti, avtomobil istehsalı, sığorta, kreditləşmə və digər sahələrlə məşğul olan 23 bölmədən ibarətdir. Bununla yanaşı, şirkət gəlirlərinin 70%-i elektron sənayesinin payına düşür.
IMG-20210921-WA0007.jpg

Samsung Motors adı altında fəaliyyət göstərən avtomobil bölməsinin səhmlərinin 80%-i "Renault" şirkətinə məxsusdur. Avtomobillər yalnız Cənubi Koreya ərazisində Samsung markası altında istehsal olunur. Digər ölkələrdə isə eyni model avtomobillər Nissan və Renault markaları altında istehsal edilir. İstehlak elektronikasının istehsalı ilə məşğul olmaqla yanaşı, Samsung hal-hazırda kompyuter istehsalı üzrə məşhur dünya brendləri hesab olunan Sony, Apple, Dell və HP kimi şirkətləri kompyuter hissələri ilə təmin edən əsas təchizatçı rolunu oynayır. Müasir dövrdə Samsung Electronics istehlak elektronikasının bir çox seqmentlərində öz liderliyini qoruyub saxlamaqdadır.
IMG-20210921-WA0004.jpg

IMG-20210921-WA0003.jpg

Şirkət fototexnika, kompyuter hissələri və məişət texnikasının istehsalına görə lider olan şirkətlər sırasında ilk onluğa daxildir.
Şirkətin smartfonlar bazarında payı 31%-dən çoxunu təşkil edir. Planşet bazarında bu rəqəm 22%-dən
Şirkətin televizor bazarında payı isə 38%-dən çoxdur
.
İmage
İmage

Sort:  
 3 years ago 

Diqqətinizə və qiymətləndirdiyinizə görə Təşəkkürlər !!!

Coin Marketplace

STEEM 0.19
TRX 0.15
JST 0.029
BTC 63156.23
ETH 2560.33
USDT 1.00
SBD 2.83