Qorxmuyun b....

in Steemit Azerbaijan☪✔3 years ago

Birənin nə olduğu hər birimizə yəginki məlumdur və onu da bilirik ki birə tullanaraq, atlanaraq hərəkət edir.

Alimlər ekspriment aparmaq üçün bir neçə birə yığıb 30 sm hündürlüyündə şüşə qabın içinə salırlar və ağzınıda şüşə qapaqla bağlayırlar.

Fleas-in-jar.jpg

Qabın dib hissəsi qızdırılır.

İstidən narahat olan birələr tullanaraq qaçmağa çalışsalar da, başlarını tavandakı şüşəyə vuraraq yıxılırlar.

Yer də isti olduğundan, yenə hoppanıb başlarını yenidən şüşəyə çırpırlar.

Birələr şüşənin nə olduğunu bilmədiklərinə və görmədiklərinə görə, onlara nəyin mane olduğunu anlamaqda çətinlik çəkirlər.

Dəfələrlə başlarını şüşəyə çırpan birələr sonda həmin qabın içərisində 30 sm-dən çox tullanmamağı öyrənirlər.

hqdefault.jpg

Nəhayət onların hamısının 30 sm tullandıqlarını gördükdən sonra təcrübənin ikinci mərhələsi başlayır.
Qabın ağzındakı şüşə qapaq açılır.
Qabın dib hissəsi yenidən qızdırılır.

Bütün birələr eyni hündürlükdə - 30 sm tullanırlar!

Üzərlərində şüşə maneə yoxdur, daha yüksəklərə tullanmaq imkanları var, ama artıq buna cəsarət etmirlər.

Başlarını şüşəyə çırpmaqla öyrəndikləri bu məhdudlaşdırıcı "həyat dərsinə sadiq qalırlar".

Birə istəsə tullanıb qaça bilər, ama bacarmır.

Çünki maneə indi onların beynindədir. Onları məhdudlaşdıran xarici maneə, şüşə qapaq aradan qaldırılıb, lakin başlarındakı daxili maneə (burada 30 sm-dən çox tullanmaq olmaz inamı) qalır.

Bu təcrübə canlıların nəyi bacarmadıqlarını necə öyrəndiyini göstərir.

Bu birələrin yaşadıqları şey "şüşə tavan sindromu" adlanır.

camtavansendromu.jpg

Nəticə: Əgər bir şeyin qeyri-mümkün olduğuna inanırsınızsa, beyniniz bunun niyə qeyri-mümkün olduğunu sizə sübut etmək üçün işləməyə başlayır.

Ancaq bir şey edə biləcəyinizə həqiqətən inandığınız zaman, beyniniz bunu etmək üçün həll yolları tapmağınıza kömək etmək üçün işləməyə başlayır...
İmkansız, mümkün olmayan bir şey yoxdu, etmək istəməmək var.

İmage

İmage

İmage

Sort:  
 3 years ago 

Buna oxşar bir sınaq fillər üzərindədə aparılıb. Mümkünsüz heçnə yoxdur. Bunun bariz nümunəsi yaxarırada yazdığın bit sindromudu.
İstəsək hər şey edə bilərik. ))

 3 years ago 

Bəli gözəl qardaş, düz deyirsən. Bu fason bir testi fillərin də üsdündə ediblər. "Fillər mənim dostum" olduğuna görə birədən yazdım.))

Coin Marketplace

STEEM 0.18
TRX 0.14
JST 0.030
BTC 59708.78
ETH 3185.76
USDT 1.00
SBD 2.45