Mickey Mouse -un yaradıcısı

in Steemit Azerbaijan☪✔3 years ago

Walt Disney 5 dekabr 1901 -ci ildə ABŞ -ın Çikaqo ştatının Hermosa şəhərində anadan olub, tam adı Walter Elias Disneydir. Özündən başqa 3 qardaşı və 1 bacısı var idi. 7 yaşında ikən ailəsi ilə birlikdə Kanzas şəhərinə köçür. Xəstə atasına və ailəsinə baxmalı olduğu üçün müxtəlif işlərdə çalışdı.

WaltDisney.jpg

14 yaşında qatıldığı sənət kursunda rəsm çəməsini təkmilləşdirdi və karikaturalar çəkməyə başladı. 16 yaşında təhsilini yarımçıq qoyub və təcili yardım sürücüsü olaraq orduya yazılır. Disney 1919 -cu ilə qədər Fransada "Qırmızı Xaçda" işləyir, sonra ABŞ -a qayıdır.
Qəzetlərə çəkdiyi karikaturaları aparır, amma heç kəsdən, heç yerdən ürək açan cavablar ala bilmirdi. Nəhayət, yerli kilsələrdən birinin rahibi; bu gənci kilsə şəkil çəkmək üçün, az maaşla işə götürür. Həmçinin ona işləmək və qalmaq üçün bir otaq verir.

Walt Disney otaqda tək deyildi. Onunla birlikdə otaqda bir siçanda "yaşamağa" başlamışdı. Hansı ki, günlərini birlikdə keçirdiyi bu siçan, eyni ilə gənc rəssam kimi dünya şöhrəti qazanacaqdı. Disney o siçana Mickey Mouse ləqəbini verəcəkdi.

IMG-20210924-WA0036.jpg

Mickey Mouse ilə başlayan macəra, Disneyin qardaşı ilə birlikdə qurduğu "Production" şirkəti ilə böyüdü. Mickey Mouse'u sevgilisi Mini Mouse sonra Pluton, Goofy və Donald Duck, uğurlu dovşan Oswald və digər məşhur Walt Disney personajları meydana gəldi.

IMG-20210924-WA0039.jpg

Onun əsl animasiya istedadı 1923 -cü ildə Hollywooda gəlməsi və əmisi Robertin qarajında ​​kiçik bir studiya qurması ilə başladı.

IMG-20210915-WA0012.jpg

IMG-20210917-WA0003.jpg

Alice serialının uğuruna baxmayaraq, tələbatın olmaması Walt Disneyi yeni bir obraz üzərində işləməyinə səbəb oldu: Uğurlu Dovşan Oswald. Bu cizgi filmindən sonra Walt Disney-in illərdir xəyalını qurduğu xarakter, Mickey Mouse idi.
O, daha əvvəl bu xarakteri Mortimer adlandırmışdı, amma həyat yoldaşı Lilly'nin təklifi ilə onun adını Mickey olaraq dəyişdirir. Mickey Mouse tənqidçilər tərəfindən, ən əsası isə ictimaiyyət tərəfindən sevildi. Mickey Mouse -ın uğuru ilə kifayət qədər pul qazanan Disney, qazancını ən istedadlı animatorları işə götürməyə və yeni şirkətlər qurmağa sərf etdi.

Walt Disney, Mickey Mouse ilə rəqabət aparan Popeye kimi rəqiblərinə qarşı yeni bir addım atdı və ilk uzunmüddətli və rəngarəng animasiya üzərində işə başladı. Bu işin uğursuz olacağına dair bütün tənqidlərə məhəl qoymayan Walt, 1937-ci ildə mükəmməl bir romantizmlə dolu bir hekayə olaraq qələmə verdiyi Snow White və 7 Dwarfs hekayəsini Amerika nağılına çevirdi. Film Disneyə bir çox Oskar qazandırdı.

1940 -cı ildə, işçilərinin uşaqları ilə əylənə biləcəyi xüsusi bir park qurmaq fikrini həyata keçirən Walt Disney, beş il ərzində Disneyland layihəsini yaratdı. Bu layihə üzərində çalışan xəyal mühəndislərinə "İstəyirəm ki, Disneyland dünyanın ən inanılmaz məkanı olsun və içərisində park boyu gəzən bir qatar olsun" dedi.

1955 -ci ildə Los Ancelesin cənubunda, Kaliforniya ştatının Anaheim şəhərində ilk Disneyland əyləncə parkını açdı.

Sonra Florida ştatının Orlando şəhərində ikinci əyləncə parkını açdı. Paris və Tokioda da parklar açdı. 1966 -cı ildə Walt Disneyin ölümündən sonra Disney şirkəti, 40 otel, 11 park, 2 su parkı, 8 böyük studiya, 6 səsyazma şirkəti və 11 televiziya kanalı ilə böyüməyə davam etdi.

Walt Disney 15 dekabr 1966 -cı ildə ABŞ -ın Kaliforniya ştatının Burbank şəhərində 65 yaşında boğaz xərçəngindən öldü. Vəsiyyətinə uyğun olaraq cəsədi 17 dekabr 1966 -cı ildə yandırıldı və külləri Kaliforniyadakı "Forest Lawn" Memorial Qəbiristanlığında dəfn edildi.
İmage

Sort:  

Burbankı birbank oxumuşdum))

 3 years ago 

😄

Coin Marketplace

STEEM 0.18
TRX 0.15
JST 0.028
BTC 63064.93
ETH 2468.39
USDT 1.00
SBD 2.55