Mansa Musa

in Steemit Azerbaijan☪✔3 years ago (edited)

İndiki müasir zamanda, dünyanın ən varlı adamları haqqında söhbət düşəndə Bill Gates, Jeff Bezos, Jak Ma ,kimi iş adamlarını misal çəkirlər. Ancaq tarixə nəzər salsaq sadalanan iş adamlarını zənginliyə görə "kölgədə" saxlayan şəxslərin olduğunu görərik. Məsələn Mansa Musa. Kimdir bu Mansa Musa? Həm zənginliyi ilə, həm comərtliyi ilə tarixə adını yazdıran adam. 14.cü əsrdə Mali kralı II. Əbu Bəkr Atlantik Okeanının "sonunu" tapmaq üçün etdiyi səyahətdən qayıtmadıqdan sonra qardaşı oğlu Musa 1312-ci ildə taxta çıxdı və Mali İmperiyasının hökmdarı oldu.

7f3e9718275875667c3b3e9e699c4138.jpg

Musanın hakimiyyəti Avropa xalqlarının şiddətli vətəndaş müharibəsi və resursların çatışmazlığı ilə mübarizə apardığı bir dövrə təsadüf etdi. Mali İmperiyası bu dövrdə qızıl və duz kimi bol təbii sərvətlərə "ev sahibliyi" edirdi və bunun sayəsində sürətlə inkişaf etmək imkanı əldə etmişdi.
Musanın hakimiyyəti altında inkişaf edən imperiya, Atlantik okeanı sahillərindən Qərbi Afrikanın çox hissəsini əhatə edəcək şəkildə böyüdü. Əsas və önəmlisi o idi ki, Musanın taxtda olduğu müddətdə ölkə böyüdükcə, gücləndikcə vətəndaşlarının da maddi vəziyyəti yaxşılaşırdı.
Xarici ölkələr, yalnız 1324-cü ildə Mali kralının sərvətindən xəbərdar olacaqdı. Əhalisinin əksəriyyəti müsəlman olan bir imperiyada dindar bir müsəlman olan Musa ilk dəfə həcc ziyarəti üçün Məkkəyə yola düşməyə qərar verir.
Musa, təxminən 6400 km-lik uzunluğunda həcc ziyarətinə çıxdı. Həmdə elə belə yox, cah cəlallı, təmtaraqlı şəkildə.

images (1).jpeg

Səfərdə iştirak edənlərin dəqiq sayı haqqında məlumat az olsa da, onun yanında hər biri qızıl yüklü 100 dəvə getdiyi deyilir.
Qahirəyə gələn Musa Qahirə sultanı türk əsilli I Məhəmmədlə görüşmək təklifi alır. Musa isə yalnız Məkkəyə həcc ziyarətinə getdiyini deyərək bu təklifi rədd edir, nəhayət xeyli çək çevirdən, xahiş minnətdən, mən ölüm - sən ölümdən sonra razılaşır və görüşür. Özü də necə lazımdı görüşür yəni ki, paylı-puşlu.
Musanın böyük səxavəti və Misirdə çoxlu mallar alması "küçələri qızılla doldurdu". Hətta iş o yerə gəlib çatır ki, Musanın Misirdə qızıl bolluğuna səbəb olması qızılın dəyərini gümüşdən də aşağı salır və iqtisadiyyata ağır zərbə vurur. Misir cəmiyyətinin bu inflyasiyadan çıxması 12 il çəkir.

kara-kitaya-iyilik-mi-yapti-kotuluk-mu-listelist.jpg

Daha da betəri, onun paylayaraq, hədiyyə edərək əmələ gətirdiyi qızıl bolluğu dünyada qızılın qiymətini ucuzlaşdırır. Bu, qızılın qiymətinə tək adamın nəzarət etdiyi tarixdə ilk hadisə idi.
Mansa Musanın ziyarəti təkcə ticarətdən, hədiyyələr etməkdən ibarət deyildi. Səyahəti zamanı O, Songhay krallığının tərkibindəki Gao torpaqlarını satın alaraq imperiyasını daha da böyüdür. Musa bu satınalmalara davam edərək, Malidən başqa indiki Seneqal, Qambiya, Qvineya, Niger, Nigeriya, Çad və Mavritaniya da daxil olmaqla bir çox bölgəni əhatə edən bir imperiyaya sahib idi.
Gao isə Musa üçün xüsusi əhəmiyyət kəsb edirdi. İndiki Malidə yerləşən bu ərazidə Musanın həcc ziyarətini başa vurduqdan sonra tikdirdiyi bir neçə məsciddən biri yerləşirdi. Həmçinin Timbuktu da Musa üçün mühüm şəhər idi. O, var-dövlətindən orada məktəb, universitet, kitabxana, məscid tikdirməklə istifadə edirdi. Bu inkişaf edən ticarət mərkəzində Musanın çiy kərpicdən və ağacdan tikdirdiyi (sonradan çox təmir olunub və qorunur) məşhur Djinqereber məscidi yerləşir.

egitime-bilime-ve-mimariye-deger-veren-bir-imparator-listelist.jpg

Musanın zənginliyi və nüfuzu Məkkəyə səfərindən sonra Afrikadan kənara da yayıldı. Onun böyük karvanının və səxavətinin hekayələri ölümündən sonra da danışılmağa davam etdi. Bu hadisələr 1332-1337-ci illər arasında baş verdi. 14-cü əsrin sonlarına doğru Mansa Musa orta əsr Avropa səyyahları üçün mühüm mənbə olan 1375-ci il Katalan Atlasında qeyd edilir. Hazırlanmış atlasda Musanın taxtda oturmuş qızıl külçə, qızıl əsa və tacı təsvir edilmişdir.

Catalan_Atlas_BNF_Sheet_6_Mansa_Musa_(cropped).jpg

Varlı kralın həcc ziyarəti avropalıların Maliyə baxışını dəyişdi. Mali indi əzəmət və zənginlik yeri idi. Məhz elə buna görə də Portuqaliya 15-ci əsrdən etibarən Maliyə dəniz yolu ilə axınlar edərək torpaqları talan etdi.( mərdi mazarı axtarmaqla deyil ki...)
Musa sahib olduğu təbii sərvətlərin bolluğu və bu bolluqdan istifadə edərək böyüməyə və inkişaf etməyə kömək etdiyi icmalarla şöhrət qazandı. Onun sərvəti 400 milyard dollarla ölçülsə də, Musanın sağlığında nə qədər sərvət qazandığını müəyyən etmək mümkünsüz görünür. Bir çox tarix professorlarının fikrincə, onun ərazisinin miqyası və maddi sərvətləri təsəffür edə bilməyəcəyimiz qədər böyü idi . Mansa Musa 700 ildir dünyanın ən zəngin adamı hesab edilir və bu yəqin ki, belə də qalacaq.

İmage

İmage

İmage

İmage

İmage

Sort:  
 3 years ago 

Bu postu sayt üçün götürürəm. Təşəkkürlər 😊

 3 years ago 

Uğurlar, buyurun Ceylan xanım)).

Coin Marketplace

STEEM 0.19
TRX 0.15
JST 0.029
BTC 63050.55
ETH 2622.66
USDT 1.00
SBD 2.71