Kiminin əvvəli, kiminin axırı...

in Steemit Azerbaijan☪✔3 years ago (edited)

1898-1944-cü illər arasında yaşamış və müasir elimin hesablamalarına görə təxminən 260 IQ ilə dünyanın ən ağıllı adamı sayılan William James Sidis.

images (2).jpeg

William James Sidis 1 aprel 1898-ci ildə Rusiyadan ABŞ-a köçmüş yəhudi ailəsində anadan olub. Anasının dedikıərinə inanılsa, cəmi altı aylıq olanda bəzi sözlər deyə bildiyi söylənir . Onun 8 aylıq olanda, artıq əlifbanı tam şəkildə bildiyi deyilir. Bir yaş yarımlıq olanda gündəlik qəzetləri oxumağa başlayır. Willamın "dahi" olduğunu görən anası həkimliyi atıb bütün vaxtını möcüzəli oğluna həsr edir. 6 yaşı olanda orta məktəb səviyyəsində bilgisi olan bu uşaq atıq 8 yaşında ingilis, latın, yunan, ivrit(yəhudilərin dili), fransız, alman və rus dillərində danışa bilirmiş. Keçmişdə və ya gələcəkdə tarixin hansı günə düşdüyünü hesablaya bilir. Balaca dahinin bu üstün qabiliyyətləri onu medianın diqqət mərkəzinə çevirir; The New York Times öz ön səhifələrində William James Sidis-ə aid yazılara yer ayırır. Artıq ABŞ-da hər kəs bu dahi uşaqdan xəbərdar idi. O, 9 yaşında Harvard universitetinin imtahanlarını versə də, kifayət qədər emosional yetkinliyə çatmadığı üçün universitetə qəbul edilmir. Ancaq ki, 11 yaşında Harvarda qəbul olunur.

1_DDgqWSZKYxUxPRJOpdrkMA.jpeg

Yalançısı mən olmayım, yazılanlara görə hətta həmin yaşlarında Harvard professorlarına mühazirələr oxuyurmuş🤷‍♂️. Harvardda təhsilini uğurla başa vuran Sidis 16 yaşında hüquq təhsili almağa başlayır...
Ama sənin mənim saymağıma dəyil ee, gör fələh nə sayır.
Bu dahini elə bil ki, nəzər kəsir, göz dəyir, nə olursa işlər yolunda getmir. Sosialist düşüncəli William 1 May nümayişlərinə qatılmağa başlayır. Buna görə də hakim hökumət tərəfindən həbs edilir və həbs edilir.
Nəysə ki, yenə adamın özününkü...
Ailəsi işə qarışır, öz nüfuzlarından zaddan istifadə edib Sidisi həbsdən qutarırlar .
Bir vaxtlar hər kəsin diqqətində olan Sidis həm siyasi baxışına , həmdə yəhudidə olsa ateist olduğuna görə yavaş yavaş xalqın gözündən düşür.
Necə ki uğurları ilə, yüksəlişi ilə medianın diqqət mərkəzində idi,artıq Sidis "yıxılması", süqutu ilə medianın diqqət mərkəzinə çevrilir. Vəziyyətin bu cür olmağı cavan dahiyə pis təsir edir, ruhdan salır.

7d4107e2914409e3ca51678fab8294cf.jpg

Ömrünün qalan hissəsini elmdən uzaq keçirdir, Xırda işlərdə çalışaraq özü üçün çörəkpulu qazanmaqla məşğul olan Sidis 1944-cü il iyulun 17-də vəfat edir. Ama deyirlər ki,ömrünün son günlərində öyrəndiyi dillərin sayının 40-a yaxınmış.
Ondan geriyə cəmi 2-3 əlyazması qaldığı məlumdur...

Hər şey gəldi gedərdi, özünüzdən muğayət olun !

İmage

İmage

İmage

Sort:  
 3 years ago 

Nə işə yaradıkı oxuyub öyrəndikləri?

 3 years ago 

Baxma da , nə qədər olmaya krassvord zad həll edəndə lazımı olub))

 3 years ago 

Bu cür potensialı olan insanların öz fəaliyyətini yanlış istiqamətə yönəltməsi təəssüf hissi doğurur.

Coin Marketplace

STEEM 0.18
TRX 0.16
JST 0.030
BTC 66852.45
ETH 2597.81
USDT 1.00
SBD 2.66