Bağış Fondu

in Steemit Azerbaijan☪✔3 years ago

1932, 1936, 1940 ve 1944 illərində Ruzvelt, Amerika Birləşmiş Ştatlarının prezidenti seçildi.

Vincenzo_Laviosa_-_Franklin_D._Roosevelt_-_Google_Art_Project.jpg

O illərdə, ölkə miqyasında prezidentin şərəfinə "ad günü " mərasimləri təşkil edilmiş və burdan əldə edilən gəlir,insanları əlil edə bilən bir xəstəlik olan Poliomielit(Uşaq və yeniyetmələrdə iflic)xəstəliyi ilə bağlı tədqiqatlarda istifadə edilirdi.
O dövrdə elm adamları virus haqqında çox az şey bilirdilər və əziyyət çəkən gənclərə və yetişkinlərə az kömək edirdilər. Həm etibarlı və təsirli bir müalicəni araşdırmaq, həm də bir xəstəxana və terapiya mərkəzi qurmaq üçün vəsait lazım idi.
Günün məşhur simaları, Jean Harlow, Jeanette MacDonald və Frederic March kimi Hollivud ulduzları bu məsələlərdə kömək etməkdən çəkinməzdi, lakin cəhdlər heç vaxt yetərli deyildi. Daha sonra zaman keçdikcə Ruzveltin adı əvvəlki rəğbət və heyranlıqla xatırlanmırdı. Planlaşdırma komitələrinin təcili olaraq yeni fikirlərə ehtiyacı var idi.Toplantıların birində,Amerikalı məşhur müğənni və aktyor Eddie Cantor da iştirak edirdi. Güman ki, Ruzveltə heyranlığı səbəbiylə dəvət edilmişdi.

Eddie məktəbi çətinliklə bitirmişdi. Nyu Yorkun Şərq tərəfində yaşayan bir çox Yəhudi köçkünün oğulları və qızları kimi, Eddie də kasıb ailə övladı idi.
Ancaq Eddinin mahnı oxumaq və rəqs etmək istedadı onu küçələrdən həvəskar teatr qrupuna, daha sonralar Hollywooda gətirib çıxartmışdır. Ancaq işlərinin çox və ailəsinin böyük olmasına baxmayaraq, Eddi həmişə xeyriyyəçilik üçün vaxt tapmışdı.Bir sözlə Eddie xalqın içərisindən çıxdığı üçün,xalqın sevdiyi biri idi.məhz bəlkədə bu sevimlilik və etibar idi ki həmin toplantıda Eddie də iştirak edirdi.
Eddie_Cantor_1945.jpeg

"Prezident Ruzvelt,Eddie Cantora dedi:
Sizcə bir milyon insanın hər biri 1 dollardan bağış edə bilərmi?"

Eddi başını sirkələdi. "Çətin zamandır cənab Prezident, bir dollar az pul deyil... Ancaq yenə də bir çox insan sizə 10 cent verə bilər. İcazə verin radio verilişimdə elan edim və düşünürəm ki, 10 milyon insandan 10 centdən çox daha sürətli əldə edə bilərik. 1 milyon dollar. Amerika xalqından, ianələri birbaşa Sizin ofisinizə göndərmələrini deyə bilərik. " Daha sonra əlavə etdi: "Gəlin bu kampaniyaya 10 cent marşı deyək."
Cantorun təklifi Ağ Evin icra qrupları tərəfindən müzakirə edildikdə, bəzi mənfi tənqidlər oldu. Ancaq prezident israrlı idi və Eddi fikirlərini radiodan elan etdi.
Xalqdan gələn ilk cavab heçdə ürək açan olmadı.Yalnız 17.50 dollar toplanmışdı. Rəsmilər mətbuata rəsmi bir açıqlama verməkdən çox utandılar. Ancaq ertəsi gün səhər poçt maşını iyirmi üç kisə məktub gətirib Ağ Evdə qarışıqlıq yaratdı. Həftənin sonunda katiblər gündə 150.000 məktubla məşğul olurdular, normalda gündə 5000-ə yaxın məktub gəlirdi. 10 sent hər düşünülən formada gəldi: kartlara yapışdırılmış formad,kekslərin arasında və s. Dörd ay ərzində 2.680.000 ədəd 10 cent toplanmışdı. Bu məbləğ"Marşın"ilk hissəsi idi. 10 cent marşı öz işini görmüşdü.
Eddi həmişə kömək məqsədi ilə pul toplayan olmuşdur.Ancaq günümüzdə,mediyada bağış kampaniyaları dedikdə,bütün bu işləri başladan adam demək olar ki heç xatırlanmır...
İmage
İmage

Coin Marketplace

STEEM 0.22
TRX 0.24
JST 0.038
BTC 94692.02
ETH 3236.92
USDT 1.00
SBD 3.29