Məntiq səhvi

in Steemit Azerbaijan☪✔3 years ago

Salamlar Steemit Azerbaijan ailəsi.Danışdığımız kimi,çalışıb gündəlik bir ədəd məntiqə aid yazı paylaşacıyıq.
Tarixdən hamımızın tanıdığımız Makedoniyalı İsgəndər və onun Müəllimi Aristotel arasında keçən kiçik dialoq.
Deməli eramızdan əvvəl 336 cı ildə hakimiyyətə gələn Makedoniyalı İsgəndər hakimiyyətini və imperiyasını böyütmək üçün döyüşlərə başlayır.

6X8qLE.jpg

Beləliklə O, imperiyaları,dövlətləri,şəhər və kəndləri işgal edərək öz ərazisinə öz hakimiyyətinə qatır.Belə səfərlərin birində İsgəndərin qoşunu bir şəhərə çatır.Həmin vaxt İsgəndərin Müəllimi,şərqdə Ərəstun kimi tanınan Aristotel də o şəhərdə yaşayırmış.
0c98cf9fcc2920d1de5015331b69fd74-qCEs6.jpg

Şəhər hakimiyyəti və camahat Aristoteldən xahiş edirlər ki İsgəndərlə danışsın ki, İsgəndərin qoşunu Şəhəri talan etməsinlər.Müəlliminin o şəhərdə olduğundan xəbərsiz olan İsgəndər hücuma hazırlaşdığı vaxt bir nəfər adamın şəhər qapısından çıxıb tək başına onlara tərəf gəldiyini görür.
Uzaqdan müəllimini tanıyan İsgəndər,Aristotelə tərəf yeriməyə başlayır.Uzaqdan müəlliminə qışqırıb gəlməməsini,Onun xahişini yerinə yetirməyəcəyini deyir,and içir.Bütün müqəddəslərə and içir ki Onun dediyini etmiyəcək.Orda olan hər kəs İsgəndərin and içdiyini eşidir.Qoşun hazırlanır,Şəhər əhalisi ümidini itirir.Amma Aristotel dayanmır, tələbəsinə tərəf gəlib çatan Aristotel,İsgəndərin qulağına nəsə deyir.
Və bu sözdən sonra İsgəndər geri qayıdıb şəhərə girməyəcəklərini söyləyir.
Belə Əziz Dostlar!
Sizcə Aristotel İsgəndərin qulağına nə dedi?Onu fikrindən daşındıran söz hansı sözdü?

İmage
İmage

Sort:  
 3 years ago 

Məncə İsgəndərin qulağına şəhərə hücum etməsini deyir. İsgəndər də onun dediyini etməyəcəyinə and içdiyi üçün geri qayıtmalı olur.

Aynən)

 3 years ago 

Lap o məktəb vaxtı meymun və banan söhbəti var idi e, ona oxşadı. Meymun ağacda oturur, ancaq yox sözü bilir və kimsəyə banan vermir. Və ondan bananı necə alırdıq?

 3 years ago 

Bananı atma deyərək və o da yox deyib bananı ağacdan atacaq:)

 3 years ago 

Deyirdik ki, bu ağacdan banan dərsəm inciməzsən, o da deyirdi yox)))

 3 years ago 

Mən dediyim versiyası da olar amma😅.

 3 years ago 

hər ikisi olar))

 3 years ago 

yusif79-a demək lazımdı köhnə məntiq təzə məntiq yazı yazsın))

Yusifə bir daşdan keçən rəy yazmışam, gəlib oxusa barı🙈

 3 years ago 

Şərh bildirən hər kəsə təşəkkür edirik."Aynən" yazdığına və Cavabı bildiyi halda cavab verməyib,gənc nəsilə fürsət tanıdığına görə Nurəngiz müəlliməyə xüsusi təşəkkürlər)).
Günün qalibi @aydanismayil.Uğurlar Aydan Xanım👏👏👏.

 3 years ago 

Çox sağ olun.

 3 years ago 

1 steem qazandı @aydanismayil təbriklər.

 3 years ago 

Təşəkkürlər

 3 years ago 

Coin Marketplace

STEEM 0.17
TRX 0.13
JST 0.027
BTC 58702.65
ETH 2552.33
USDT 1.00
SBD 2.50