Yorulmayan ruhumuz.

in Steemit Azerbaijan☪✔2 years ago
<div class="text-justify>. ######Hər vaxtınız xeyir dəyərli dostlar. Sizi bir daha salamlayıram. Bəhs edəcəyim mövzu yenə bizim uzaq məsafələrə olan velo yürüşümüzdür. Uzaq məsafə qeyd etdiyim kimi bu birtərəfli sürmək heç də çətin olmur. Di gəl ki, geri qayıtmaq bir balaca adamı zora salır. Bu dəfə 116.41 km məsafə qət etdik.

IMG_20221006_222439.jpg
Bir istiqamətə dayanmadan sürmək və hava axınının istiqamətini tutmaq lazımdır. Getdiyiniz yer son olaraq Sahil qəsəbəsi oldu. Doğrusu qəsəbənin içərisində birinci dəfə olurdum . Biz bu dəfə qəsəbənin dəniz kənarında yerləşən oğlan və delfin heykəlinin önündən şəkil çəkdirməyi planlaşdırdıq.
IMG_20221002_085558.jpg

IMG_20221002_085535.jpg
Sonra mərkəzə doğru gəlib şəhidlər abidəsinin önündə xatirə şəkili çəkdirdik. Bu şəkillər söz yox ki, bir xatirə mahiyyəti daşıyır. Ona görədə hara getməyimizdən asılı olmayaraq şəkil çəkdirmək bizim əsas marağımızdandır.
IMG_20221002_090439.jpg
Qəsəbə kiçik olsada küçələri səliqəli idi. Bir az dolaşıb qəsəbədən yolumuza davam etdik.
Və nəhayət Heydər Əliyev adına. dəmir-beton özüllər zavodunun qarşısında şəkil çəkdirməyi özümümüzə borc bildik.
IMG_20221002_094236.jpg
Sonra yolumuza davam edərək marşurutumuzu mənzil başına çatana qədər sürdük. Diqqətinizə görə hər birinizə minnətdaram. Di salamat qalın dostlar.

Coin Marketplace

STEEM 0.21
TRX 0.20
JST 0.035
BTC 90748.39
ETH 3148.78
USDT 1.00
SBD 2.98