Toyuqların bərəkəti.

in Steemit Azerbaijan☪✔3 years ago
####Salam əziz dostlar. Toyuqlar haqqında danışmaq bir balaca gülünc görünsə də onların insanlara verdiyi xeyir danılmazdır. Həyət evi olan hər kəs haqqında deyə bilmərəm , ancaq mən həyətbacanı toyuqcücəsiz təssəvür etmirəm. Düzdür bir az zəhmətli işdir. Nə etmək olar onların verdiyi yumurtalar yenə də karımıza gəlir. Dörd ilə yaxındır həyətimizdə toyuq saxlayıram. Hətta həvəsə düşüb bir inqubatorda düzəltdim. Bir neçə ildir cücələr yetisdirirəm.. Məsələ o cücələri saxlamaq boya başa çatdırmaqdır. Onlara vitaminlər verməklə yanaşı yerləri quru, isti olmalı və qidalarını duzğun seçim etmək lazimdir. Hal hazırda mən də olan toyuqlar inqubatorun bəhrəsidir. ![IMG_20220117_194952_1.jpg]() Allah bərəkət versin. Gün ərzində 3-7 yumurta verirlər. Hərçəndd ki , cəmi 9 toyuq və bir xoruzdur. Yazda fikirim var ki, inqubatoru işə salım . Bu gün sağ olsunlar üç yumurta veriblər. Saxlamaq istəyənlərə bəzi məsləhətləri verə bilərəm. Bu gün də toyuqların verdiyi xeyirdən danışdım.Diqqətinizə görə sağ olun dostlar.
Sort:  
 3 years ago 

Müəllim, toyuq hinində gecələr işıq yandırırsız ki, toyuqlar iki dəfə yumurtlasın?

 3 years ago 

Düz tapmısınız.😄

 3 years ago 

😊😊😊😊

Coin Marketplace

STEEM 0.18
TRX 0.16
JST 0.030
BTC 62861.17
ETH 2466.09
USDT 1.00
SBD 2.67