### Salam dəyərli steemitçilər.

in Steemit Azerbaijan☪✔3 years ago (edited)

IMG_20211226_173441.jpg</div class"="text-justify> Alma, heyva və nar doğrudan da meyvələr içərisində seçiləndilər. Alma haqqında müəyyən qədər məlumat vermişəm. Yetişmə dövrü yay və payız vaxtıdır. Heyva və nar bir mənalı şəkildə payızda yetişirlər. Deməli hər üç meyvə payız vaxtı dostlaşırlar. Doğrudan da hərəsinin insan orqanizminə təsir gücü müxtəlifdir. Heyvanın toxumları , yarpağı soyuq dəyməyə, tərkibi isə vitaminlə, dəmirlə, sinklə və bir də mislə zəngindi. Qanda qırmızı qanı artırır , ürəyə qüvvət ,mədə və ağız boşluğunda qoxunu götürməkdə xüsusi rol oynayır. Heyvaya əbəs yerə 1001 dərdin dərmanı demirlər. Keçək nara. Nar tamam başqa meyvədir. Heyvadan heç də geri qalmır Narin şirəsi bir çox xəstəliklərin dərmanıdır. Xüsusən ürək damar xəstəliyi, qabığı ishala, qurd tökməyə , təzyiqə və şəkər xəstəliyinə məlhəmdir. Arıqlamaq üçün də əla vasitədir. Tərkibində limon turşusu bol olduğundan qan təzyiqi xəstəliyinə də müsbət təsir göstərir. Ara da tez-tez nar şirəsindən istifadə edin. Həkimlərin dediyinə görə indiki koronavirus xəstəliyi dövrndə qəbul etmək daha vacibdir. Qanda olan virusu parçalayır .
Hər dəfə bu üç meyvəni bir yerdə görən də xalq mahnı yadıma düşür. Elə bu üç meyvənin ətiri xalq mahnımizada sirayət etmişdir. Mahnının adı "üç meyvə" adlanır. Yada salmaq üçün mətni belədir: Meyvələrdə üç meyvə var ,
üçüdə balam yeməli,. Biri alma , biri heyva bir nar
Alma sənin, heyvada sənin, nar mənim yar, nar mənim. İndi bildim sən mənimsən , sən mənim yar sən mənim ... Zəngin torpağımız meyvəli bağlarımız olduğu kimi, zəngin də musiqimiz vardır. Onları qorumaq bizim borcumuzdur . Demək olar ki, hər şey Allahın yaratdığı insan əlindədir .

Sort:  
Loading...

Coin Marketplace

STEEM 0.17
TRX 0.15
JST 0.028
BTC 57574.67
ETH 2368.94
USDT 1.00
SBD 2.42