Salam dəyərli steemitçi dostlar.

in Steemit Azerbaijan☪✔3 years ago

İlk öncə Allahdan şəhidlərimizə rəhmət eləsin . Onlar bizim qürur mənbəyimizdir. Bəhs edəcəyim mövzu şəhidimiz Vüsal Allahverdiyevdən olacaqdır. Şəhidimi 1988 ci ildə Qubadlı rayonunda anadan olmuş və 23 avqust 1993 cu ildə ailəsi ilə birlikdə məcburi köçkün kimi Sumqayıtda məskunlaşmışdılar. 1995 ci ildə 1 ci sinifə 23saylı orta məktəbə getmiş və 2004cu ildən təhsilini 2 saylı Qubadlı orta məktəbdə oxumuşdur. 2006cı ildə orta məktəbi bitirib, həmin ildə Koorperasiya universitetinin maliyyə-kredit fakültəsinə qəbul olmuş və bitirmisdir. 2011-2012ci illərdə hərbi xidmətdə olmuşdur. 2012-2015 ci ildə Unibankda baş istehlak kredit mütəxəssisi kimi əmək fəaliyyətinə başlamışdır. Daha sonra Kontakt Home mağazalar şəbəkəsində kredit mütəxəssisi kimi çalışmışdır. 2020 ci ildən isə Kapital bankın Birkart bank olmayan kredit təşkilatında 20 saylı şöbəsində müdir vəzifəsində çalışmışdır. 14.07.2020 ci il Tovuz hadisələrində General Polad Həşimovun şəhid olmasından sonra Qubadlı rayon Səfərbərlik və Hərbi xidmət komissarlıgına könüllü yazılmışdır. 2 ci Qarabağ döyüşü başlayanda 01.10.2020 ci ildə könüllü gedərək Cəbrayıl bölüyündə hərbi döyüşlərdə iştirak etmiş və 4 günlük mühasirədən olmuş hərbçi yoldaşlarını mühasirədən çıxartmıdır. Sonuncu yaralı olan komandirini həmin mühasirədən çıxartmış və hospitala gedən komandir sonra şəhid olmuşdur. Füzuli rayon Seyidəhmədli istiqamətində gedən döyüşlərdə iştirak etmiş, 30.10.2020
ci il tarixdə Xocavənddə gedən döyüşlərdə döyüş yoldaşlarını xilas etmək üçün atılmış minanın üstünə atılaraq cəbhə yoldaşlarını xilas etmiş və qəhrəmancasına həlak olmuşdur.. Döyüş yoldaşları onun haqqında söylədikləri fikirləri belə idi, Vüsal həmişə döyüşə gedəndə bizə pozitiv dəstək olurdu və deyirdi : bu işin axırı şəhid olmaqdirsa niyə qorxmalıyıq. Ölümündən sora Azərbaycan Respublikasının prezidentinin sərəncamları ilə
15 dekabr 2020 ci il tarixində "VƏTƏN UĞURUNDA", 18 dekabr2020 ci il tarixdə "Döyüşlərdə fərqlənməyə görə", 25 dekabr 2020 ci tarixdə "Füzulinin azad olunması" medalları ilə təltif olunmuşdur. Ailədə bir qardaş , bir bacı olmuşdular. Subay idi. Allahın rəhməti olsun.
IMG_20211205_220953.jpg
Bu gün nəvəm Tamilla sinif rəhbəri Aynur müəlliməsi ilə şəhid Vüsal Allahverdiyevin ailəsini ziyarət etmək üçün getmişdir. Ziyarətdə şəhidin xatirəsi yad edilmiş onun döyüşdə qəhrəmanlığı haqqında fikirlər söyləmiş və çəkdiyi portreti şəhidin ailəsinə təqdim etmişdir.
IMG_20211205_140519.jpg

Coin Marketplace

STEEM 0.19
TRX 0.14
JST 0.030
BTC 60268.51
ETH 3201.96
USDT 1.00
SBD 2.43