Şəhidlərimiz.

in Steemit Azerbaijan☪✔2 years ago
<div class="text-justify>. ####Axşamınız xeyirli və uğurlu olsun. İlk öncə bütün şəhidlərimizə Allahdan rəhmət diləyirəm. Onlar ölməzdir. Onların vətənə layiqincə xidmət edərək ,canlarından keçərək xidmət göstərmişlər. Söhbətim son döyüşlərdə qəhrəmancasına həlak olan şəhidlərdən , biri yaxın qohumum dayım nəvəsi XT -də xidmət edən Qurbanov Yusif Asif oğlundan olacaq. Pələng ləqəbli bu igid oğlan öz xidmətini 44 günlük müharibədə bir çox əməliyyatlarda torpaqlarımızın alınmasında layiqincə igidlik göstərmişdir.

IMG_20221001_124827.jpg
Br çox döyüşlərdən fədakarlıqla çıxan Yusif son əməliyyatlarda Kəlbəcər uğrunda
gedən döyüşlərində möhkəm ağır yaralanır. Çoxlu qan itirən Yusifi yaralı vəziyyətdə Bakıya gətirsələrdə həyatını xilas etmək mümkün olmur.Üç ay nişanlı olan Yusif gözlərini əbədi yumur. Başa düşüləndir ki, hər birimizin, vətən uğrunda canından keçən igidlərimiz ilə fəxr etməyə haqqımız vardır. Bir daha Allahın rəhməti olsun deyirəm sizə ey şəhidlərimiz. Siz əbədi olaraq tarixə və gələcək nəsillərin yaddaşlarında silinməz iz buraxmısınız. ŞƏHİDLƏR ÖLMƏZDİR!! QARABAĞ AZƏRBAYCANDIR!!!.

Coin Marketplace

STEEM 0.17
TRX 0.15
JST 0.028
BTC 56709.98
ETH 2329.72
USDT 1.00
SBD 2.37