Küçə itləri.

in Steemit Azerbaijan☪✔3 years ago
####Salam dəyərli dostlar. Həmişə olduğu kimi hər vaxtınız xeyirli və uğurlu olsun. Ev itlərindən fərqli olaraq küçə itlərinə də xüsusi qayğı olmalıdır. Ancaq küçələrdə törəyib çoxalan bu evlanlara diqqət demək olar ki, çox aşağı səviyyədədir. Avropa ölkələrində küçə itlərinə xüsusi qayğı göstərilir. Hətta qardaş Türkiyə respublikasında şəhərlərdə küçə itlərinə xüsusi birkalar vurulur. Yəni bu o deməkdir ki, hər bir it qeydiyyatdan keçmişdir. Qaldı küçələrdə veyillənən itlərə insanlar özləri onlara qayğı göstərirlər. Nəinki itlərə hətta pişiklərə belə. Bəs bizdə bu prosedur necə gedirdi. Bəlkə aranızda bu işlər haqqında məlumatı olan vardır. Sual oluna bilər , indi heç insanlara qayğı goştərən yoxdur ,qalsın küçə itlərinə. Ancaq bir məlumatı da bildiyimə görə , itlər üçün saxlamaq xüsusi yerlər vardır. Təssüf ki küçələrdə itlərin sayı günü gündən artıb törəyir. Yenə sağ olsun heyvan sevən insanlar əllərinə nə qəldi verirlər itlərə. Biz hamımız bir insan kimi canlılara əzab verməməli onlara az da olsa öz qayğımızı göstərməliyik. Hərdən sosial şəbəkələrdə itlərə necə zülm edənlərin şahidi oluruq. Belə insanlara nə ad vermək olar. Heç olmazsa qayğı göstərmiriksə , zülm də etməyək. Başa düşüləndir ki itlərin sürü halında gəzməkləri bir çox qadın və uşaqları qorxudur. Yenə də onunla küçə heyvanlarına nəzarət edən təşkilatlar qabağa düşüb problemi həll etməlidirlər. Yadımdadır bir ara xüsusi idarə var idi, itləri güllələyib öldürürdülər. İndi ki, Beynəlxalq qaydalara görə bu kimi işlər qadağan olmuşdur. İndi siz deyin görüm küçə itlərinə əzab vermək olar? Bu sualı verməklə fikirimi bitirirəm. Deyəsən ürəyim dolu idi, çox uzun - uzadı yazmaq ![IMG_20220309_130501~2.jpg]() istəmirəm. Di salamat qalın, özünüzdən muğayat olun dəyərli dostlar.
Sort:  

I heard that dogs and cats on the streets are well cared for in Turkey.

 3 years ago 

Düz eşitmisiniz.

Coin Marketplace

STEEM 0.17
TRX 0.15
JST 0.028
BTC 56881.12
ETH 2338.97
USDT 1.00
SBD 2.38