Heyvanlara qayğı. ❤️100-beneficiaries-for-steemit-azerbaijan

in Steemit Azerbaijan☪✔2 years ago (edited)
### Dəyərli dostlar hər vaxtınız xeyir olsun. Ev heyvanlar Allahın bizə əmanət etdiyi canlı olduğunu hər birimiz bilirik. Ancaq bizim onlarla davranışımız fərdlərdən asılı olaraq fərqlidir. Ev heyvanları iki qisimdə olur. Birincisindən maddi qida kimi faydalanırıq, ikincisi qisimdə isə sadə bir xobbi kimi və ya heyətimizin mühafizəsi üçün saxlayırıq. Mən isə söhbətimi ikinci qisim heyvanlardan bəhs etmək istəyirəm. Bunlar it, pişik və başqaları ola bilər. [IMG_20220505_152356.jpg]().

Bu ev heyvanları nə az nə çox xüsusi diqqət tələb edir. Desəm ki, bunları bəsləmək üçün müəyyən miqdarda vəsait xərclənir. Sual oluna bilər əgər xərci varsa niyə saxlayırsınız. Düzdür . Məsələnin məğzini başqa cür izah etmək istəyirəm. İt və yada pişik insanın ruhunu oxşayan təsəlli verən heyvanlardır desəm yanılmaram. Həyətyanı evlər üçün ev heyvanları bəsləmək bir o qədər də çətin deyil. Ancaq şəhərdə ev şəraitində saxlanılan heyvanların xüsusən gərək nazı ilə oynayasan. Ancaq hər iki halda heyvana qayğı göstərmək vacibdir. Onları il ərzində peyvəndlərin vurdurmaq , xəstələnən də qulluq etmək və s. Hər bir heyvanın qida rasionu vardır. Mən əsasən it və pişiklər üçün alınan ət və toyuq parçalarını bişirib verirəm. Çünki bişmiş qidalarda viruslar ölürlər və heç bir qorxu yaratmırlar. Bəzi hallarda çiy qida verirəm. Çünki kinoloq kitabında tövsiyələr olunur. Bizim it də ət məhsullarından başqa qida tanımır. Bundan qabaq ki, itimizi öyrənmişdim meyvə kimi yeyirdi. Çox adam un yeməklərinə öyrədir.
IMG_20220501_142529.jpg

Heyvanlar bəsləmək , onlarla davranmaq doğrudanda həvəs və səbr tələb edən işdir. Hardansa oxuduğuma görə Avropa da ev heyvanları bəsləmək üçün dövlət xüsusi konpensasiya ayırır. Bəzi ölkələrdə isə hətta vergi ödəməli də olursan. Bizdə isə hələki heyvanları bəsləmək üçün qanunvericilikdə belə bir qanunlar yoxdur. Yəqin yaxın gələcəkdə ola bilər. Ancaq onu da deyim ev heyvanlarını həyətyanı evlərdə bəsləməyin ayrı bir marağı vardır. Vallah qınamayın heç biz də körpələrə dövlət belə qayğı göstərmir. Nə isə bu da başqa bir mövzudur.

IMG_20220505_155723.jpg

Şəhər yerində ev heyvanları ancaq dediyim kimi xobbi üçün bəslənilir. Kənd yerində isə ola bilər ki, fərqli olsun. Hər bir halda hər ikisi zəhmət və qayğı tələb edir. Bu mövzuya toxunmaq da məqsədim heyvanları hər zaman sevməliyik. Fərqi yoxdur həyətdə və ya küçədə olsa belə onları ən azından incitməməliyik. Bu bizim insanı hisslərimizdir. Onlar dil bilməsələr belə biz insanların yaxın dostlarıdır. Son fikrimi belə bir sonluqla başa vurmaq istəyirəm. Qurani Kərimdə belə bir ayə var səhv etmirəmsə. Heyvanları sizə əmanət etdim. Onları incitməyin . İncitsəniz onlar
dil açıb sizdən sikayətlənəcəklər. Diqqətinizə görə minnətdaram. Di hələlik dəyərli dostlar.

Sort:  
 2 years ago 

Salam Aleykum Hörmətli yazar. Postda foto ilə mətn arasında 1-2 abzaslıq ara buraxın.(fotonun yuxarı və aşağı hissələrində) Belə postun həm səliqəli görünməsinə səbəb olur və bəzi xırda səhvlərin yaranmasının qarşısını almış olarsız.

 2 years ago (edited)

Ox işarəsi ilə qeyd etdiyim hissəyə diqqət edin. Əgər ara məsafə saxlamasaz bu vəziyyətə düşəcək.

IMG_20220505_195654.jpg

Və postunuzun mətninə fotonun elementləri qarışacaq. Və nəticədə hər tərəfli qarışıqlıq düşür...

100% beneficiares for Steemit Azerbaijan

 2 years ago 

Təşəkkürlər.

Coin Marketplace

STEEM 0.17
TRX 0.15
JST 0.028
BTC 57136.05
ETH 2350.60
USDT 1.00
SBD 2.40