Ətli blinçik 😋

Salam . Steemit ailəsi . necəsiz
Mən çox ət yeməkləri sevmədiyim üçün evdə də çox ətli yemək etmirəm .
Axır evdəkilər narazıçılıq bildirib mənə blinçik elətdirdilər axşam- axşam 😄
IMG_20211228_192439.jpg
Mən nəsə edim və şəkil paylaşmayım?
Təbii ki , təsadüfü hallarda 😄

IMG_20211228_192525.jpg

Blinçik üçün :
Stəkan ölçüsü 200 ml
2 st un
1 st ilıq su
2 st ilıq süd
2 yumurta
Çay qaşığı ucunda duz
4 x/q duru yağ
İçlik üçün
500 qram çəkilmiş mal əti
2 ədəd orta boy soğan
Ədviyyat
İstəyə görə göyərti
Hazırlanması :
Un ilə su qarışdırılır üzərinə süd əlavə olunur .
Yumurta, yağ , duz ayrı qabda qarışdırılıb unlu qarışıma tökülür. Yaxşıca həll edib , içlik hazır olana qədər gözlədilir.
Soğan xırda-xırda doğranılır ,rəngi sarı rəngə çaldıqda üzərinə ət , zövqə görə duz , istiot əlavə olunur . İstəyə görə göyərti də qatıla bilər.
26 sm tavada 15 ədəd blinçik alınır
Blinçik hazır olduqdan sonra içərisinə 2 x/q içlik əlavə olunur bükülür
Yağda hər iki tərəf qızardılaraq süfrəyə servis olunur
Nuş olsun 😋😊

Sort:  
 3 years ago 

Harikasın, canım. Əllərinə sağlıq. Nəfis görünür 😊😋

Coin Marketplace

STEEM 0.16
TRX 0.13
JST 0.027
BTC 58004.44
ETH 2579.54
USDT 1.00
SBD 2.40