Yol...

in Steemit Azerbaijan☪✔3 years ago

" Bu sonsuz evrende hayatıma ne gibi bir anlam sığdırabilirim? "
deyə özünə sual verir Tolstoy.

"Oxuyaraq, izləyərək, yeni, heç olmadığım yerləri gəzərək" cavablarını vermək istəmirəm.Bunlar, deyəsən, söhbətin çölüdür. Amma mən konkret və dürüst olaraq "nədir və necə oluru " bilmirəm. Məhz bu yerdə "bilmirəm" cavabı özümə xoş gəlmir deyə axtarışdayam demək istəyirəm. Yola təbiətlə başlamışam, uzun müddətdir artıq. Çünki əminəm ki, bizim dərində olan kökümüz, hisslərimiz, bədənimiz birbaşa onunla bağlıdır və ondan qidalanır.

IMG_20211120_141323_396.jpg

244959.jpg

İkinci olaraq sevgi hissinin dozasını artırmışam. Yönün heç bir fərqi yoxdur. İnsana ya da qeyri nəsnəyə. Həyatlara toxunmağı sevirəm. Sevgiylə..Torpağa da, dənizə də, səmaya da; uzaqdan yaxına hər bir varlığa onların bir parçası olduğum üçün sevgi bəsləyirəm. Hər birinin ayrılıqda özünəxas bir mənası var. Bunu bilirəm. Bu mənanı axtarmağın özü də əyləncəlidir. İnsana özü ilə zarafatlaşmağı öyrədir :)

Bəzən puzzle'ın parçalarını "bütün" ə tamamlamaq istəyirəm. Görürəm ki, alınmır, o yerdə özümə xatırladıram ki, belə də qala bilər. Hərşeyi tamamlamaq məcburiyyətin yoxdur sənin. Heç birimizin. Sadəcə yaşa. Yaşa, geri qalan hər şey sən tamamlaya biləcəyindən daha gözəl yerinə "oturacaq".
Və..

244972.jpg

Sonra bu qədər gözəl şeylərin astanasında, daha düzü, elə onlarla paralel bütün bunların mənasızlığı dərkindəyəm. İnsan elə ən çox bu mənasızlığı dərk etdiyi anda digər qalan hərşeyi başa düşür. Bəlkə də mən hələdə heçnəyi başa düşmürəm..

Sort:  

Maraqlı yazı idi, təşəkkürlər, Gülşən qızım.

 3 years ago 

🌷

 3 years ago 

Sadəcə möhtəşəm 👍

 3 years ago 

🌷

Coin Marketplace

STEEM 0.17
TRX 0.15
JST 0.028
BTC 59838.11
ETH 2384.78
USDT 1.00
SBD 2.51