Təmənnasız..

in Steemit Azerbaijan☪✔3 years ago

Mən hələdə mənfəətsiz yaxşılıqların olduğuna inanıram. Ona görə ki, mən inandıqca o hər gün özünü "göstərir", düz gözümün içinə baxır, burdayam deyir, başqa-başqa insanların vasitəsilə. Qarşılıqsız bir insanı sevmək olar, olur. Heç bir diqqət ummadan və gözləmədən. Kiçik bir reaksiya belə ümid etmədən. Bəli, mümkündür. O halda ki, o insan özü ilə xoşbəxtdir və ötürdüyü sevgi (enerji, dua, niyyət) özünün həyatında özünə çıraq ola bilir.

OldRoll_1637404015636.jpg

OldRoll_1637404464298.jpg

Hətta bəzən görəndəki insanlar belə şeylərə şübhəylə yanaşırlar, təəssüf keçirdirəm. Keçirmişəm, dəfələrlə. İnadım keçi inadıdır. Hələ də səy göstərirəm, cəhdlər edirəm ki, sizin bildiyiniz və inandığınız gerçəklər əslində elə deyil.
Biz dünyanı hansı rənglərdə görürüksə və inanırıqsa dünya elə o rəngdədir. Bu çox qızıl cümlədir. Özüm bura yazıram deyə demirəm, reallığına bütün ürəyim və ruhumla şahidəm deyə deyirəm. Dünya biz görmək istədiyimiz rəngdədir. Görmək İstədiyimiz və olduğuna inandığımız. Hətta dünya və onu yaradanın hesabı bizim düşündüyümüzdən daha dəqiqdir. Çox yox, bircə dəfə gözümüzün önündən pərdəni çəksək görəcəyik.

Coin Marketplace

STEEM 0.17
TRX 0.13
JST 0.027
BTC 58664.80
ETH 2569.75
USDT 1.00
SBD 2.42