Qəlb ağrı duyduğu zaman

in Steemit Azerbaijan☪✔3 years ago

Qəlb ağrı duyduğu zaman yaşadığını hiss edir. Birdə lap çox sevinc hiss edərkən. Amma sənə insan olmağın zəhmətini və çətinliyini ən çox daddıran, məncə, birinci olur. Çünki bu zaman anlayırsan ki, kədərin dilsizdir. Boğazında düyün var, amma onun açarı dilinin gücündə deyil. Qəlbində gizlidir. Sənə kilometrlərlə uzaqda, heç tanımadığın lakin zülmə məhkum olanların ağrısını qəlbində duya bilirsənsə insansan.

IMG_20211114_070018.jpg

IMG_20211114_064519.jpg

IMG_20211114_064607.jpg
Bu dünyada kiçiyindən böyüyünə, yaradılışın bir parçası olana qəlbin əgər sevgi ilə yanaşa bilirsə demək insansan. Əgər səninçün "ürəyin sancısı" ifadəsi yaxın, dost, həmvətən sərhədini aşırsa, insansan. Dünyalı, bu dünyadan.. olan hərkəsi bir fərd, bir insan, bir canlı olaraq qəbul edə, halına heç bir halda laqeyd qalmağı insanlığına və sənə verilmiş əqidəyə uyğun görmürsənsə demək həyat sənə lazım olanı öyrətməkdədir. "Mənə toxunmayan ilan min il yaşasın" cümləsindən də, onu əməli və dili ilə yaşadanlardan də utanırsansa demək rəğbət sahibi elə sənsən.
Bilsinlər, agah olsunlar ki, o ilan üçün sancdığı kəsin kimliyi önəmli deyil. Bu onun xislətində var. Bir gün qurban sən də ola bilərsən, mən də. Demək, həyatın növbəti addımda nə çıxaracağı bilinmir. Ona görə də, nəyini fəda edirsən et, insanlığını qoru. Mərhəmətini qoru. Bil ki, bunu itirdiyin zaman təkrar qazana bilmiyəcəksən. Əlində sehrli pozan yoxdur, olmayacaq. Vicdan ləkəsi silinmir..

Sort:  
 3 years ago 

Dememısem mene reqıb olmayın😂

 3 years ago 

Baş üstə :))

Coin Marketplace

STEEM 0.17
TRX 0.16
JST 0.028
BTC 76338.99
ETH 2965.83
USDT 1.00
SBD 2.62