Kürək..

in Steemit Azerbaijan☪✔3 years ago

"Könül rahatlığı ilə arxasınca gedə biləcəyimiz neçə insan varsa, bax o qədərik"
deyə bir cümlə çıxıb bu səhər qabağıma.
Sanki təsadüf idi..

IMG_20211205_193910_263.jpg

IMG_20211205_193910_302.jpg

IMG_20211205_193910_278.jpg

Fikirləşdim iki, üç, ən uzağı beş insan var ki, kürəyimi rahatca söykəyib yuxuya gedə bilim. Arxayın olum ki, kürəyim yerə dəyməyəcək. Biz axı zərbəni ən çox kürəyimizdən alırıq. Ən yaralı yerimiz oradır. Kim bilir neçə dəfə zərbə alıb, neçə dəfə incinib?! Gözümüzü açmışıq ki, dik dura bilmirik artıq. Bükülmüşük, cılız qalmışıq.

Mən istəyirəm ki, biz bu həyatda ən çox KÜRƏK olmağı bacaraq. Qoy sevdiyimiz insanlar bilsin ki, varıq, möhkəmik, dağ kimiyik. Burdayıq və bizə söykənən insan yıxılmaz.. Yıxılmağa qoymarıq.

Bunun üçün düşünürəm ki, illərin ələyindən keçməlidir insan. Yanmalıdır, bərkə boşa düşməlidir, əziyyət çəkməlidir. Sevgi, mərhəmət, xəyanət və digər bütün hisləri bir - bir dadmalıdır.
Ancaq bunların sonunda, anlayır ki, bu ağrılı həyatda əslində necə də qürur dolu, şərəfli bir hisdir KÜRƏK ola bilmək...

IMG_20211205_193910_338.jpg

IMG_20211205_193910_306.jpg

Sort:  
 3 years ago (edited)

Hörmətli yazar Həyatda Təsadüf Heçnə Yoxdur. Hər Bir Şeyin Bir Səbəbi Var...Düzdü bəzən olur təsadüfən sözünü işlədirik buna da , refleks deyək 😉 İnsan ən çox zərbəni kürəyindən alır. Səbəb də odur ki, yaxın bildiyi "insan" onun zəif nöqtəsini bilir,ona arxayın olduğunu bilir bu səbəbdən də öz işini ustalıqla edir. Fotoların birində səhvlik var. Tam yüklənməyib

 3 years ago 

Şəkillər möhtəşəm

Qələminizə sağlıq..
Şəkillər çox gözəldir.. ❤️

 3 years ago 

Təşəkkür edirəm 🌷

 3 years ago 

Məna dolu bir posd üçün təşəkkürlər 👍

 3 years ago 

🌷

Coin Marketplace

STEEM 0.19
TRX 0.14
JST 0.030
BTC 60268.51
ETH 3201.96
USDT 1.00
SBD 2.43