Hər keçən gün..

in Steemit Azerbaijan☪✔3 years ago (edited)

Hər keçən gün anlayıram ki, insanın özü ilə barışıq olması əslində necə gözəl hiss imiş. Özü ilə bir probleminin olmaması... Özünü tanıması... Qəbul etməsi...

IMG_20211113_200633.jpg

Çünki bunun əksi olduğu zaman, "pisdir " deyib qəbul etmədiyimiz davranışlar yaranmağa başlayır. Kin, həsəd, hirs, paxıllıq, yalan...

IMG_20211208_024356_331.webp

Bu gece yatmazdan öncə düşünək. Düşünək ki, biz doğurdan da özümüzlə nə qədər barışıq insanıq? Düzümüzlə, səhfimizlə, "var" və "yox" larımızla sevə bilərik mi əsl içimizdəkini ? Şərt deyil ki hər zaman yaxşı hiss edək. Şərt deyil ki, bütün "yaxşı insan" stereotiplərinə cavab verək. Şərt deyil ki, hamı bizi sevsin.

Şərt budur ki, biz anlayaq. Bilək içimizdə nə daşıdığımızı. Yaxşıdırsa bir "afərin!" deyək. Pisdirsə əgər, öncə niyə sualına cavab axtaraq, sonra o cavabı tapıb düz nədirsə ona gəlməyə çalışaq.

IMG_20211204_001122_634.webp

Bütün dürüst və gözəl insanlara görə içimdə dərin, çox dərin minnətdarlıq var... Şükr hissi var...

Sort:  

Məncə hər insan özüylə barışıq olmalıdır, mənfisi ilə, müsbətilə.Və özünə hər zaman inamı və güvəni olmalıdır.Özünü sevməlidir ən əsası🌸

 3 years ago 

Fikirlərinizlə tamam razıyam👍. Onların da sizə təşəkkürləri var😊

 3 years ago 

🌷☺️

Coin Marketplace

STEEM 0.17
TRX 0.13
JST 0.027
BTC 58664.80
ETH 2569.75
USDT 1.00
SBD 2.42