Dost...

in Steemit Azerbaijan☪✔3 years ago

O dostu sev ki, səni sadəcə danışarkən yox, susqunluğundan anlasın. Dərdini ya da səhvini anladarkən heç bir hərəkətindən dolayı utanmayacağın, yanında necə varsansa elə olacağın dosta bel bağla. Səni sənsən deyə sevsin. Dürüstsən, mehribansan, fədakarsan deyə yox. Sırf həyatında sən varsan deyə, sənin varlığından dolayı Tanrıya minnətdar olacaq insana dost de. Addımlarını sorğulayıb davamlı səni incidən, utandıran, özünü pis his etmənə səbəb olacaq olanı yox. Unutma, dostun insanda yaratdığı utanc belə şirin utanc olur. Bu, insanı yaralamır, sındırmır. Sənə yanlış etdiyini öyrədir və nəticə çıxarmağına səbəb olur.

IMG_20211028_192108.jpg

O dosta güvən ki gecə saat 3 də belə yazıb " çətin vəziyyətdəyəm, gəl" desən heç düşünmədən dadına yetsin. Sənə səsi ilə belə olsa varlığını hiss etdirsin.Sən xəstələnəndə başının yanında hüznlə dayanan, halına yanan kimdirsə odur əsl dostun. Əlin tutmayanda yeməyini sənə öz əlləri ilə yedizdirəndir əsl dostun.Sənin dərdinə öz dərdi kimi yanandır. Kiminlə son tikə çörəyini bölməyə razısansa o insandır dost.

Uğrunda canını sipər etmək lazım deyil. Görüntü naminə fədakarlıqlara isə lüzum yoxdur. Necə varsansa, bütün varlığınla səni qəbul edən, bəyənən, sevəndir. Dəyişdirən, çərçivəyə salmaq istəyən deyil. Mənasız küskünlüklər yaradan, həftədə 3 dəfə xətrinə dəyib, üzr istəyən, incitməkdən qorxmayan ," niyə gec yazdın" və s. boşboğazlıqları edən insan isə nəinki dost, tanış olaraq belə insanın ətrafında olmaması gərəkən kəslərdir.

PicsArt_10-28-10.22.15.jpg

Qərarsız qaldığında, əlacsız hiss etdiyində heç tərəddüdsüz danışmaq istəyəcəyin insandır. Üzündə kədər görsə əgər, niyəsini öyrənib təsəlli etməyə çalışan yox, dilsiz kədərin ağırlığını anlayan, sənə sarılan, varlığını hər məqamda hiss etdiyindir. Özünə necə güvənirsənsə eyni qədər bel bağladığın həmin o insandır dost. Oturub söhbət edərkən, arzularından danışarkən "Əşiii, bunlar alınan deyil onsuz" deyən yox, səni gücsüz məqamlarında ayağa qaldıran, yenidən və yenidən başlamağınçün sənə enerji verən insandır. Aylarla üzünü görməsən belə, sənlə təkrar qarşılaşarkən söhbətə qaldığın yerdən davam edə biləcəyin insandır.

IMG_20211028_194021.jpg

Dostunu, yoldaşını seçərkən çox diqqətli ol. Çünki seçə bilməyənlərin hamısı yol yorğunu olur sonra.

Sort:  

Dosluq çox çətin tapıla bilən bişeydi . Bu həyatda dost deyə gördüyüm tək bir insan var. Nə yazıqki diyərləri tanışdı..

Coin Marketplace

STEEM 0.17
TRX 0.13
JST 0.027
BTC 58400.82
ETH 2567.08
USDT 1.00
SBD 2.38