Bir günüm..

in Steemit Azerbaijan☪✔3 years ago

Bugün hərşey qaydasındadır. Xoşbəxt hiss edirəm 💫. Çünki çöldə narın - narın yağış yağır. Mənim qarşımda gündəlik not dəftərim, qələmim, isti, meyvəli çayım var. Ondan asta - asta qurtumladaraq yazıram. Qeydlər aparıram. Telefonumda uzun zamandır qalan, diqqət etmədiyim şəkillər, save etdiyim postlar var, onlara təkrar qayıdıram. Mənə gərəkli olacaq hərşeyi qeyd edirəm. Bunu sevirəm. Yazmağı, notlar götürməyi. Hansı günki bunu etməyə vaxt tapa bilirəm (yaratma imkanım olur ) o gün özümü yaxşı hiss edirəm. Çay isə hər zaman yaxşıdır. İstənilən durumda. İnsana rahatlıq hissini , " hərşey yaxşı olacaq " mesajını verir sanki.

IMG_20211110_190847_940.jpg

IMG_20211110_190839_339.jpg

Xoşbəxt hiss edirəm. Çünki bugun tez başlamışdım günə (06.15)💫. Səhər yeməyimi yeyib, ortalığı səhmana salandan sonra başladım yarıda qoyduğum kitabıma. Lermontovdan " zamanımızın bir kahramanı " kitabını oxuyuram. Həyatda ümumən götürsək həssas insanam. Sulu gözəm. Lakin nadir hallarda kitab oxuyarkən gözüm dolsun və ya ağlayım. Peçorinin özünü təhlili, duyğularından danışması kövrəltdi məni. Hələ əvvəllərdəyəm. Bəlkə bir gün onun haqqında da yazaram burda.
Bugün xoşbəxt hiss edirəm. Çünki bilirəm ki, bütün hislər ani və nisbidir. Xoşbəxtliyimin içində azda olsa hüzün olduğu artıq mənə məlumdur. Və belə çətin, yorucu, ağrılı dünyada bu hissi anlıq belə olsa yaşaya bildiyim üçün minnətdaram Yaradana, öz həyat yoluma və duyğularıma. Onların hamısını sevirəm. Məni incidənlərini belə. Çünki bir parçam onlardır.
Və telefonumda yazılar arasında belə bir cümləyə rast gəldim. " İnsanın ən böyük xoşbəxtliyi ən sadə şeylərdədir.."

IMG_20211110_190910_326.jpg

Sonra isə başladım bunları bura qeyd etməyə ...
Ümidlə və bütün hisslərlə yaşayaq. ❤️
Həyatda pis heçnə yoxdur çünki.

Coin Marketplace

STEEM 0.17
TRX 0.13
JST 0.027
BTC 58664.80
ETH 2569.75
USDT 1.00
SBD 2.42