Bir bazar...
Hamıya xoş bazar günü arzu etməklə başlayım ikinci postumu yazmağa...
Mən əslən "ağ alma"-sı ilə tanınan , cənnət kimi təbiəti, mehriban ,cana şirin gələn insanları olan Quba şəhərindənəm.Düzdür , uşaqlığımın böyük bir hissəsi Bakıda keçib , amma buna baxmayaraq vətən deyəndə ağlıma qeyd - şərtsiz ora gəlir. Daima yay tətillərini sevdiklərim ,ailəmlə birgə orada keçirməyə çalışıram.
Xüsusi qeyd edim ki, bizim oraların insanları tamam başqa səmimiyyətə sahib olurlar. Əllərində olan son tikə çörəyi belə evə gələn qonaqla bölər , onlara pənah gətirəni heç zaman narazı geri qaytarmazlar.
Oraların yazı , yayı başqa aləmdir. Payızını da mənim kameramdan görün istədim. Xüsusilə tövsiyyə edirəm ki, yolunuz o tərəflərə düşsə kənd camaatının qonağı olmağı sinayasınız.
Bu vətənin hər qarışı gözəldir. İnsanları isə o gözəlliyə istilik . məxsusilik qatan dad - duz.
Görüşənədək , Steemit ailəsi ...
Gözəl şəkillərdi. Daha geniş, maraqlı postlar gözləyirik😊
Əlbəttə. Çalışacağam intensiv, daha geniş formatda və ətraflı yazıları artırmağa. Dəstəyiniz üçün təşəkkür edirəm 🌷
Qəşəy duman var
Eynən :)