Fotoşəkil də sənətdir mi?

in Steemit Azerbaijan☪✔3 years ago (edited)

İlk öncə sənət nədir, bir ona göz ataq. "Sənət bir duyğunu yaşayan insanın, o duyğunu bilərək və istəyərək başqalarına göstərməsi, ya da bir növ təqdim etməsidir".

Sənət insanın yaradıcılığının, xəyal gücünün məhsuludur. Sənətkar yaradıcıdır, öz hisslərini, düşüncələrini əsərlərində əks etdirir. Bəs sadəcə kamerayla çəkilmiş bir şəkli sənət əsəri hesab etmək olarmı?

1638165749730.jpg

Fotoşəkil çəkməyi sənətin bir növü kimi qəbul edirəm. Amma hər fotoşəkil də sənət əsəri ola bilməz. Arxasında bir məna olan, bizə nə isə anlatmağa çalışan fotoşəkilləri sənət əsəri hesab edərdim mən. Hər sənət əsərinin bir hekayəsi olduğu kimi, hər fotoşəklin də bir hekayəsi var, elə deyilmi?

1636435630144.jpg

Bu sənət də rəssamlıqla, demək olar ki, eynidir. Rəssam hiss etdiklərini boyalarla anladırsa, fotoqraf o an gördükləri ilə anladır. Şəklin heç bir izaha ehtiyac olmadan danışa bilməsi gərəkdir, bax o zaman o əsl sənət əsəri olar.

1638165486782.jpg

hə, bu arada, mən sənətkar deyiləm, ona görə də, çəkdiyim şəkilləri də sənət əsəri hesab etmirəm, əvvəlcədən deyim sizə))

Coin Marketplace

STEEM 0.17
TRX 0.15
JST 0.028
BTC 56677.48
ETH 2329.02
USDT 1.00
SBD 2.36