//club100// The Diary Game-Better Life 31-07.2022- Payız həsrəti və Naxçıvanın duz mağaraları.) burnsteem25

in Steemit Azerbaijan☪✔2 years ago

Salam, hər vaxtınız xeyir olsun. Necəsiniz? Ayların bəzilərinin 30-dan, bəzilərinin 31-dən olmasına münasibətiniz necədir? Məsələn, mən çox istəyərdim ki, iyul ayı 30-dan olsun. Heyhat) Yay tətilim sürətlə uçub gedir. Düppədüz bir ay getdi. Gün rejimim tamamilə yer dəyişib. Gündüzüm gecə, gecəm də gündüz olub. Ən tez yatanda saat 4-də yatıram. Səhər saat 12-də (günorta deməli idim əslində) oyanıram. Bir saat telefonla oynayıram. Qalareyamdakı 9 min şəklin heç olmasa 9 - da bir hissəsinə baxıram, sonra tənbəl - tənbəl yerimdən qalxıram. Bu gün də eynisinin eynisi. Hava çox rütubətli, bürkülü keçir. Payızda çəkdiyim şəkillərimə baxıram, nostalji hisslərə qapılıram. Bakıdan darıxdığımı hiss edirəm.

IMG-20220729-WA0059.jpg

Eyni zamanda sərin, soyuq payızdan darıxdığımı hiss edirəm. Yerimdən qalxıram və pəncərəyə yaxınlaşıram. Həyətdə güllü çiçəkli yaydı. Həyat dolu yay. Bircə ayımız qalıb yaydan. Bəlkə də daha az. Çünki avqustun 15-dən sonra bizdə payız gəlir və gəlsin nəhayət.

287583.jpg

287584.jpg

Gələn mesajları açıb oxuyuram. Bir tələbə yoldaşım var. Anası ilə Naxçıvana duz mağaralarına gedib. Anasının bronxlarlnda allergik problemlər var. Bizdə bir misal var, Naxçıvanda duz dalınca getmək. Nəsə ağır işə buyurulanda bu misalı çəkirlər. Duzla müalicə çox qəribədi. Dostum duz mağaralarının şəklini çəkib göndərib.

Screenshot_20220731_144441.jpg

Screenshot_20220731_144431.jpg

Təsəvvür edin ki, bir dağdasınız. Özü də çox nəhəng bir dağda. Dağı yarıb içində ucsuz-bucaqsız mağaralar düzəldiblər. Mağaraların döşəməsi, tavanı, divarları sal duzlardan ibarətdir. O mağaralarda çarpayılar qoyulub və qaranlıqdır. Mağaralar kiçik lampalarla işıqlandırılıb. Bütün gecə o sivilizasiyadan kənar qaranlıq, belə pis çıxmasın, qəbirə oxşayan mağarada yatırsan. Həqiqətən, insan sağlamlığının dalınca haralara qədər gedərmiş:)

287586.jpg

Budur, çarəsizcə durub həyətə düşürəm. (Niyə çarəsizcə? Zəng zəng dalıncadı və mən yerimdən qalxmalıyam) Gördüyüm mənzərə sevincimə səbəb olur. Nənəm bizə gəlib və onu artıq nəinki qarşılayıblar, hətta çıxıb qucağında yerləşənlər də var. Nənəmin guya pişiklərdən xoşu gəlmirmiş. İndi artıq ondan soruşan yoxdu, sən pişikləri sevirsən, ya sevmirsən?) Əsas odu ki, pişiklər səni sevir. Gün maraqlı olacaq. Nənəmin güclü mütaliəsi olduğu üçün maraqlı söhbətləri çox olur. Belə. Mən sağ, siz salamat. Özünüzə göz qulaq olun.

@gulaybagirzade

25 %to @null

Coin Marketplace

STEEM 0.30
TRX 0.12
JST 0.034
BTC 64231.88
ETH 3128.59
USDT 1.00
SBD 3.95