//club100// The Diary Game-Better Life 13-08.2022- 13 nəhsdimi? ) burnsteem25

in Steemit Azerbaijan☪✔2 years ago

Salam, hər vaxtınız xeyir olsun. Necəsiniz? Avqustun 13-ü çatdı. Tarixdə 13 rəqəminin nəhs olması haqda çoxlu əfsanələr var. Əfsanə sözünü boşuna demədim. Rəqəmlərə, əşyalara, yuxulara önəm yükləyib günlük rejimlərini ona görə düzənləyən adamlara ciddi baxmıram. Amma ciddi baxanlar da az deyil ha. Məsələn, ayın 13- ü iş başlamayan, toyunun tarixini dəyişən, səyahətini təxirə salan nə qədər adam tanıyıram. Mənim üçün adi günlərdən biridir. Adi bir yay günü. Şəhərdə yaşayanlar üçün dəniz günü, kənddə yaşayanlar üçün, həyətdəki quraqlıqda əyləşib Allahın verdiyi nemətlərdən yeyib içib gününə şükür etdiyi gün.

Collage_20220813_185203.jpg

Demək olar ki, bu iki cəbhədə yaşayan adamlar bir biri ilə mübahisə edir. Kəndli öz məziyyətləri ilə şəhərliyə acıq verir, şəhərli də kəndliyə. Hər iki məkanda yaman qripp yayılıb. Üstəgəl də güc bəla ilə canımızı qurtardığımız coviddə yoluxma sayı da günü-gündən artır. Hətta dünən rayondakı diaqnostika mərkəzinə müayinə üçün gedən bir qohumumuz maskası olmadığına görə içəri buraxılmayıb. Evdə bir yerlərdə atdığımız maskaları tapıb çıxardaq gərək. Yaxşı ki, yayın son həftələrini yaşayırıq və yaxşı ki bu yayda maska taxmaq məcburiyyətində qalmadıq.

Collage_20220813_190352.jpg

Boz şəhər mənzərələridi. Kimi pəncərəsindən məhz bu mənzərəni görür. Elə şəklə baxmaq adamda təngnəfəslik yaradır. 9 ay işləyəsən, yayda da istirahət əvəzinə bu mənzərə ilə barışıb oturasan oturduğun yerdə. Yaxşı ki, bizim mənzərəmiz o deyil.

Collage_20220813_190826.jpg

Bizim gözümüzü oxşayan tamam ayrı mənzərədi. Belə gözəl mənzərə. Təbii ki, o gözəl mənzərə də özü özlüyündən yaranmayıb. Hər biri sevgidi, hər biri nəvazişdi və nəhayət əməkdi. Düzdü, dənizimiz yoxdu, amma əvəzində çayımız var, o çayda da od kimi qumumuz var. Fürsətdən istifadə edib o qumun dadını çıxarmaq da var. Yəqin ki, xeyri olar.

Collage_20220813_191957.jpg

Avqust həm də gedənlərin ayıdı. İl boyu uzaq şəhərlərdə yaşayıb tətildə əzizlərinin yanına gələnlərin qayıtdığı ay. Maşınların yük yeri açılır, kəndin naz nemətləri ilə doldurulur. İki həyətdən birində bu cür mənzərə olur. Kəndin toz torpağında oynamağa alışmış ağappaq kənd uşaqları yaxşıca qaralıblar və qayıtmaq istəmirlər. Amma getmək zamanıdı. Bir daha qayıtmaq üçün. Burda da axşam düşdü. Şam edib internetdə qurdalanmaq və yatmaq. Sizsə özünüzə göz qulaq olun

@gulaybagirzade
25 % to @null

Coin Marketplace

STEEM 0.19
TRX 0.13
JST 0.029
BTC 65375.87
ETH 3337.31
USDT 1.00
SBD 2.63