//club100// The Diary Game-Better Life 10-08.2022- Beynəlxalq pişik günü imiş. ) burnsteem25

in Steemit Azerbaijan☪✔2 years ago

Salam, hər vaxtınız xeyir olsun. Necəsiniz? Dünənki günün beynəlxalq pişik günü olduğunu bilirdinizmi? Elə imiş. Bizdə də nə az, nə çox, 5 dənə pişik olduğu üçün əsl bizim bayramımız hesab olunur.

IMG-20220804-WA0032.jpg

Böyüdükcə qayğıları da artır. Hər dəfə özümüzə
bişirdiyimiz yeməkdən mütləq qazanın dibində saxlayıb bu yaramazlara verməliyik. Elə belə çörəyi yemirlər. Və nə yaxşı ki, pişiklərin bu beynəlxalq pişik günündən xəbərləri yoxdu. Yəqin ki, bizdən hədiyyə də istəyərdilər:) Bizim pişiklərin anası Qaraca axı ev pişiyi olmuşdu. Özünü bizimlə bərabər ev sahibi hesab edirdi. İndi artıq balalarından bezib deyəsən. Onların əlindən qaçıb gizlənməyə yer axtarır hərdən. Bu mənim məşhur fındıq sındırıb yemə guşəmdi. Deyəsən, təkcə mənim yox, elə bu qara yaramazın da sevimli guşəsidi.

IMG_20220810_143321.jpg

Çox arıqdı, eləmi? Bu cür dörd dənə balası olan ana arıq olmasın neynəsin. Yan - yana duranda anaları boyda olurlar.

IMG_20220810_143314.jpg

IMG_20220810_143255.jpg

IMG_20220810_143248.jpg

O ki qaldı bu günkü günə məşğuıiyyət eynidi. Sevimli notbukumun dibindən əl çəkmirəm. Üstünü də ürəyim istədiyi kimi bəzəmişəm. Sevimli rəssamım Van Qoqu da görürsünüzmü?) Onun şəklini çəkirəm. Artıq başlamışam. Ev eşik hər yer mənim rəsm ləvazumatlarımla doludu.

IMG_20220810_131112.jpg

IMG_20220810_131102.jpg

IMG_20220810_131037.jpg

Bu gün həm də mənim üçün əlamətdar gün oldu. Bir tanışdan rəsmini çəkmək üçün sifariş aldım. Qiymət hələ da danışılmayıb. Çox həyəcanverici hadisədir:) Ən həyəcanverici hadisə isə sabah olacaq. Yaylaq səfərimiz var. Bizim qəsəbə axı Böyük Qafqaz dağlarının ətəyində yerləşir. Həmin dağların birində yerli maldarların yayda qoyunlarını aparıb otardıqları yaylaq yerləşir. Deyilənə görə əsrarəngiz bir yerdir. O qədər hündürdədi ki, bütün Azərbaycan az qala ovcunun içində imiş kimi görünür. Buludlarla eyni səviyyədə olursan az qala. Yığışıb yaylağa getməyi planlaşdırmışıq. Baş tutsa sabah yaylaqda olacağıq. Düzdü, ayı kimi yırtıcı heyvanın da məskəni sayılır yaylaq. Hər halda 10 nəfərə yaxın adama hücum eləməz. Mən yaylaq səfərinə hazırlaşmaqda olum, sizsə özünüzə göz qulaq olun.
@gulaybagirzade
25% to @null

Coin Marketplace

STEEM 0.19
TRX 0.13
JST 0.028
BTC 64385.10
ETH 3209.83
USDT 1.00
SBD 2.49