💜club100💜 The diary game 21-22.07/2022. Qaçan ilham pərilərim. 25% @null

in Steemit Azerbaijan☪✔2 years ago

Salam, gecəniz xeyir, necəsiniz? Bu gün günlük postum gecikib. Səhər açılanda artıq saat 11 idi. Yəni mənim günüm saat 11 - dən başlayıb. Artıq kəndə gəldiyim 20 gün oldu. Evdə ev xalqı mənim deyinməklərimdən bezar olub. Məzmunu: vaxtım boş yerə keçir, vaxt itirirəm, tətilim bitdi, mən hələ də heç nə edə bilmədim və sair. Məqsəd nəydi?) Mənə desinlər ki, sən rahatca istirahətini elə, yorulmusan falan. Mən də vicdanım dincəlsin, qaldığım yerdən davam edim:)

IMG-20220722-WA0003.jpg

Bu arada deməliyəm ki, istədiyimə nail oluram. Mən deyindikcə ev xalqı məni sakitləşdirməyə çalışır. Proqramım nə idi əslində? Yay tətilində gitara çalmağı öyrənmək. Kiçik bir problem üzündən yarımçıq qalıb. Gitaranın bir balaca təmir işinə ehtiyacı var. Film izləmək proqramın ikinci bəndidi. Onu da internet zəif olduğundan izləyə bilmirəm. Kitab oxumağa heç nə mane olmur, onu da özüm eləmirəm :) Bir qalır rəsm çəkmək. Bax o məsələ mənim zəif yerimdir.

IMG-20220722-WA0000.jpg

Bu yasəmən rəngli eynəyi marketdə görüb aşiq olmuşdum. Qiyməti də 10 manat. Məndən elə əndrəbadi alış veriş çıxandı. Çox sevə-sevə aldım. Onsuz da qapıdan çıxmıram. Mövzu rəsmdən eynəyə necə keçdisə anlaya bilmədim:)

IMG_20220721_072833.jpg

IMG_20220721_072820.jpg

IMG_20220721_072752.jpg

Hər vərəqdə olan yarımçıqları görürsünüz? Həqiqətən rəsm çəkmək qeyri-adi bir məşğuliyyətdi. Məsələn, kimsə evə qonaq gəlir, ya da durumda paylaşdığım rəsmi görür və xahiş eləyir ki, onun şəklini çəkim. İnanın ki, əgər ilham pərim gəlməsə çəkə bilmirəm. Bu tamamilə qeyri-adi bir hissdir.

IMG_20220721_072912.jpg

IMG_20220721_072850.jpg

Mənim rəsm çəkdiyim ortamı görsəniz?) Heç görməsəniz yaxşıdı. Orada bir qarmaqarışıqlıq olur ki, gəl görəsən. Və mənim özümün gəldiyim bir qənaət var. Bütün dahi adamlar dağınıq olur. Amma bu fikri haradansa oxumuşam. Müəllif hüquqlarına böyük hörmətim var) İndi bu guya rəsm hesab olunur. Amma öz qələmimin məhsuludur.

IMG_20220721_072929.jpg

Günümü belə cızma-qara ilə axşam eləyib axşamüstü getdik pizza yeməyə. Hayıf ki pizzaların şəklini çəkə bilmədim. Əvəzində öz şəklimi çəkmişəm.

IMG-20220722-WA0005.jpg

Pizza ləzzət verdi. Görməmiş kimi ikisini sifariş vermişdik. Birinin yarısı qaldı. Onu da salfetkaya büküb evə gətirdik. 21 iyul günü də belə getdi. İndi yağış başlayıb. Hava sərin olacaq, ağaclar da bayram edəcək. Sizsə özünüzə göz qulaq olun🖐️

@gulaybagirzade
25 % to @null

Sort:  

Congratulations, your post has been upvoted by @dsc-r2cornell, which is the curating account for @R2cornell's Discord Community.

Curated by Blessed-girl

r2cornell_curation_banner.png

Enhorabuena, su "post" ha sido "up-voted" por @dsc-r2cornell, que es la "cuenta curating" de la Comunidad de la Discordia de @R2cornell.

Friend, I want to make a curator team. We need only one member. Are you want to join us. If you are Intrested then please contact me on Discord:

Discord: Malik usman mubarak#9093

Telegram : malik usman mubarak

 2 years ago 

If I have an idea I will let you know. Thank you for your offer😊

 2 years ago 

Best of luck...

Coin Marketplace

STEEM 0.20
TRX 0.13
JST 0.029
BTC 65265.67
ETH 3326.63
USDT 1.00
SBD 2.63