#burnsteem25 #club100: The Diary Game| Qürub mənzərələri. 2.08.2022

in Steemit Azerbaijan☪✔2 years ago

Salam, axşamınız xeyir olsun. Necəsiniz? Günün qürub çağıdır. Yəqin ki, mən bu postu yazıb bitirənə axşam olacaq. Gündüzlər o qədər isti olur ki, nə həyətdə, nə evdə adam özünə yer tapa bilmir. Günortalar ev sərin olur, axşamüstü də həyət. Məşğuliyyət də yox dərəcəsindədir. Yaxşı ki, telefon var və kamera ilə bəzi anları ölümsüzləşdirmək olur: Yenilik adına bircə nənəmin bizə gəlməyidi. Nənəm bizə çox gələn deyil, odur ki, gəlişi bizim üçün bayram olur.

IMG-20220727-WA0025.jpg

Göründüyü kimi təkcə bizim üçün yox, başqalarının da bayramı olur deyəsən. Pişiklər icazə almadan şəstlə nənəmin qucağında ev sahibliyi eləyirlər:)

IMG-20220802-WA0055.jpg

Bizim dağa paralel evimiz. Yay aylarında qonşularımıza durmadan kirayənişinlər gəlir. Ən çox dağa həvəslənirlər. Bizim də bir neçə gün əvvələ qədər günümüz dağda keçirdi. Amma son həftə dağda it sürüsü peyda olub. Qorxudan çıxa bilmirik. Təsəvvür edin ki, dağın arxa tərəfində də kəndin bir hissəsidi. Həmin gördüyünüz bu dağın başında bir meydança var. Lap istəyirsən futbol oyna. Yəni bu dağa, bu təbiətə görə bizim yerlərə gəlməyinə dəyər.

IMG-20220802-WA0049.jpg

IMG-20220802-WA0050.jpg

IMG-20220802-WA0053.jpg

Evdə çoxlu oxunası kitablarım var. Nəysə ki, axmaqlığım tutub ancaq kompüterdən oxumaq istəyirəm kitabı. Heç onu da düz əməlli eləmirəm ha. Kompüteri bütün gün gah həyətə düşürürəm, gah da evə çıxarıram. Dediyim kimi mən postu yazana qədər artıq qürub çağı yetişdi. Məndən olsa minlərlə qürub rəsmi çəkərəm. Çünki günün ən çox sevdiyim mərhələsidi.

IMG-20220802-WA0051.jpg

IMG-20220802-WA0048.jpg

Və bir də rəsm çəkəcəyim kətanlarım var. Son çəkdiyim rəsmi bir rəfiqəmə hədiyyə etməli oldum. Hələ indiyədək heç kəsə rəsm hədiyyə etməmişəm. Bu bir ilk olacaq. Günlər beləcə bomboz ötüb gedir. Dərs vaxtı niyə bu qədər tətilin olmasını arzulayırdım, hələ də anlamış deyiləm. Bircə ona əminəm ki, dərslər başlayanda da tətilin bitməsinə təəssüf edəcəyəm. Belə. Bu günümüz də keçdi. Siz sağ, mən salamat. Özünüzə göz qulaq olun.
@gulaybagirzade
25 %to @null

Coin Marketplace

STEEM 0.16
TRX 0.16
JST 0.030
BTC 59391.37
ETH 2525.88
USDT 1.00
SBD 2.47