Ümid eksperimenti. ||#club5050

in Steemit Azerbaijan☪✔2 years ago (edited)

Salam, dəyərli Steemit ailəsi. Necəsiniz? Güman edirəm ki, yaxşısınız. Bu arada keçmiş və ilk çərşənbənizidə təbrik edirəm. Bu gün internetdə vaxt keçirəndə "Ümid eksperimenti"adlı bir məlumatla qarşılaşdım. Oxudum və maraqlı, birazda qəddarca gəldi. Amma yenədə öyrəndiyim yeni məlumatları burda paylaşmağı sevirəm.
1950-ci ildə Harvard universitetində qəddar bir araşdırma aparmağı qərara aldılar. Bu qəddar araşdırma məqsədi doktor Kurt Rixter siçovluların suda nə qədər yoxlamaq istəmişdir. Həqiqətən niyə axı? Niyə canlıya qəddarca bir növ işkəncə verəsən? Bu araşdırma zamanı onları xüsusi hovuza buraxmışdı.
Без названия (1).jfif
link
Onlar bir müddət sağ qalmaq üçün güc sərf etdilər. Siçovlular təxminən 15 dəqiqə üzdükdən sonra təslim olurdular. Daha sonra.. Daha sonra isə boğulurdular. Lakin son ana kimi araşdırmacılar gözlədikdən sonra onları sudan çıxarırdılar. Bir az istirahət verdikdən sonra onları yenidən hovuza buraxırdılar. İndi şoka düşəcəyiniz bir məlumat verəcəm. Bəs sizcə bundan sonra nə qədər müddət davam gətirə bildilər. Düz 60 saat. Bəli, düz 60 saat,120 dəqiqə tap gətirdilər. Araşdırmalara görə siçovlular yenə xilas olduqlarını düşünürlər. Bu səbəbdən də buna inandıqları üçün əvvəlcədən mümkün görünməsədə sonradan sübut olundu ki, bir müddət sonra suda qalmağı bacarmışdılar. Ümid bir növ onlar üçün xilas yolu oldu. Ümid onları uzun müddət mübarizə aparmağa vadar etdi.
Без названия.jfif
link
Burdan da görürük ki, ümid möcüzələrin açarıdır. Hər ümid də bir möcüzəyə gedilən yoldur. Bu günlük bu qədər, ümid edirəm ki, marağınızı oyadacaq bir post olmuşdur. Özünüzə yaxşı baxın. Gecələriniz xeyirə.✨

Sort:  
 2 years ago 

Bildiyimə görə bu tipli ekisperimentlər çox canlılar üzərindən aparılıb. Hətta insanlar üzərində də olub. Hamsı da elmin inkişafı üçün. Adam belə qalır ki, görəsən düz ediblər yoxsa yox 😆

 2 years ago 

Kaş əziyyət etmədən yolu olsa🥲

 2 years ago 

Ümidimizi itirsək hər şeyimizi itirmiş oluruq

 2 years ago 

Bəliiii, hətta bunu uyğun bir kitabda vardır Varisin "Sonuncu ölən ümidlərdi" tamda bununla uyğun

Coin Marketplace

STEEM 0.20
TRX 0.13
JST 0.030
BTC 64623.67
ETH 3421.73
USDT 1.00
SBD 2.51