Tələbəlik həyatım. ||#club5050

in Steemit Azerbaijan☪✔3 years ago (edited)

Salam, dəyərli Stemiit ailəsi. Necəsiniz? Təki hər gününüz qəlbiniz kimi gözəl keçsin. Bu gün qrup yoldaşlarımla birgə Old School məkanına getməyi qərara aldıq. Bir az gülməli görünəcək, bilirəm. Amma kənardan baxdıqda yaşımızın artsada içimizdəki uşağın ölmədiyini gördüm. Heçnədən çəkinmədən hərəkət etmək, deyib-gülmək necədə gözəldir. Mən mentalitet simvolunu sevmədiyimə görə rahat hərəkət edən, öz həyatındakı qərarları, ətraf nə deyər deyə yox, "bu mənim həyatımdır." deyənləri gördükdə çox sevinirəm.
WhatsApp Image 2022-02-21 at 20.45.24.jpeg
Uşaqlarla gəzmək məqsədi ilə İçərişəhərə gəldik. Bayaq dediyim məkana getdik. Yəni, Old School məkanına. Lakin çox olduğumuza görə imkan verilmədi. Amma belə bir şey deyim. Bu məkan tamamən tələblərə uyğun bir ortamdır. Çox rahat əylənə bilənəcəyiniz məkanlardan biridir.
WhatsApp Image 2022-02-21 at 21.04.34.jpeg
Stolüstü oyunlarda verilir. İstədiyiniz oyunu deyirsiz, onlarda sizə gətirir. Onsuz içəri daxil olduqda da abu-havası insana xoş təəssürat bəxş edir. Ora getdikdə Malakan bağından keçdik. Tələbə olmasam buraları görməsəm çox pis olardım. Bəlkə də sizə çox sadə görünəcək, amma Steemit sayəsində mənim şəkil çəkməyə həvəsim artdığından sizə adi görünən hər şey məni çox xoşbəxt edir. Helə ki, onları kadrlara aldıqda daha çox.
WhatsApp Image 2022-02-21 at 21.04.34 (1).jpeg

WhatsApp Image 2022-02-21 at 21.04.36.jpeg
İçərişəhərin o qədər gözəl künc-bucaqlarını gördüm ki, turistlərin niyə gələn kimi bura üz tutduqlarını anladım. Çox sadə bəzəklərlə, əşyalarla, rənglərlə əlaqəni elə gözəl tutdurublar ki, insan o məhlələrə daxil olduqda çıxmaq istəmir. Bakı şəhərinin gözəl olduğunu bilirdim də, bu qədər diqqətçəkici yerləri olduğunu bilmirdim. Fərz edirəm ki, hər gün yeni yerlərə gedib, gözəl məkanlar kəşf edəcəm. Sizlərlə də əlimdə gəldikcə paylaşacam. Təəssüf ki, bu günlük bir az az qeydlər apardım. Amma gördüyüm bu mənzərələri sizlərlə paylaşmaq üçün can atırdım. Bu günlük bu qədər Steemitçilər. Tədris ilinizdədə sizə uğurlar arzulayıram. Sağolun:)

Sort:  
 3 years ago 

Old Schoolda oturmaq istəyirdim amma çox olmağımız geri saldı bizi😄 Nəysə , sağlıq olsun yenə gedərik. Ama 90'lar da çox qəşəng oldu, xeyli maraqlı vaxt keçirdik. Sevinirəm ki, buraları ölmədən qabaq gördüm😂😂

 3 years ago 

Mən uşaqlar üçün olan parkda çıxıb surusurdum

Coin Marketplace

STEEM 0.17
TRX 0.16
JST 0.029
BTC 61870.12
ETH 2401.56
USDT 1.00
SBD 2.53