Saç rezini. ||#club5050

in Steemit Azerbaijan☪✔3 years ago

Salam, Steemit ailəsi. Necəsiniz? Bu dəfə postun adı qəribədir eləmi?😄 İlk öncə mənasız görünsə də, sonda necə mənalı olduğunu anlayacaqsız. Keçək postumuza:)
İsveçrəli Sofi Trelles-Tvede bu rezinləri 18 yaşında olarkən universitetdə bayram tədbiri zamanı ixtira edib. Tədbirin ciddi qayda-qanunları var idi. Bir qaydaya görə tədbirə geyimdən başqa heç nə götürmək olmazdı. Bu səbəbdən qız saçlarını yığmaq istəyəndə evdə istifadə olunmayan, lazımsız telefonun naqilindən istifadə edib.
_110707755_invisibobblesophietrelles-tvede1.png
Link to Photos
Tədbir bitdikdən sonra hər kəs evlərinə dağılışır. Həmin günün səhəri qız oyandıqda başının ağrımadığını gördü. Halbuki adi rezinlə saçlarını yığanda həmişə başı ağrıyırdı. Bunu sevgilisinə danışır və onlar spiral yaylı saç rezinlərinin dizaynına başlayır. Onlar ilk başda telefon naqillərini hazırlayan şəxsdən kömək istəyiblər. Onlar ilk partiyanı hazırladılar, lakin gözlədikləri kimi alınmamışdı. Tanışları tərəfindən lağa qoyulmuş, rişxəndlə qarşılanmışdı. Lakin onlar ruhdan düşməmişdilər. Bir daha sınadılar. Bu nəticə isə uğurlu alındı. Bundan sonra rezinlər üç ədəd şəklində şəffaf qutuda hazırlandı. Bu qabları 11 manata (5 funta) satmağa başladılar. O universiteti bitirdikdə artıq 11 milyon 142 min (azn) gəlir qazanmışdı.
PNIONJI.jpg
Link to Photos
Hazırda “İnvisibobble” markası təkcə yaylı rezinlər deyil, saç üçün digər aksesuarlar da istehsal etməyə başladılar. Sahibinə ildə 16 milyon funt sterlinqdən (35 milyon 654 min 400 AZN) çox gəlir gətirir. Hal-hazırda o "30 yaşına çatmamış ən varlı avropalılar" siyahısına daxildir. Burdan çıxardığım nəticə isə o oldu ki, hər şey ilk öncə çətinə bənzəyir. QeYri-mümkün kimi görünən hər şeyi çox çalışsaq, çabalasaq bacararıq. Mənim hər dəfə dediyim kimi, nə də olsa imkansız yoxdur, cəhd göstərməmək var. İlk addımdan heç vaxt ziyan gəlməz, ən azından sonradan "niyə etmədik?" deməmiş olarıq.
Bu günlük bu qədər, əziz Steemitçilər. Özünüzə yaxşı baxın və atacağınız heç bir ilk addımdan çəkinməyin.🤍

Sort:  
 3 years ago 

Aleykum SALAM. Gözəl paylaşımdır. Yeni nəsə öyrəndim. Minnətdaram. Cəmiyyətin belə qarşılaması normaldır. Axı hamı eyni düşüncədə ola bilməz. Subyektiv fikrimdir: gülənlər ya yaxşı dərk etmirlər, yada dərk edib paxıllıq hissindən, yada başqa digər neqativ səbəblərdən belə edirlər...

 3 years ago 

Gülənlər bəlkə də pis niyyətlə etmirlər,amma neqativ enerji göndərirlər.O enerjiyədə hər kəs qalib gələ bilmir,təəssüfki🥲Qalib gələnlərdə geci tezi mükəmməl nəticə qazanırlar

 3 years ago 

düzü, bu rezinləri heç sevmirəm😆 istifadədə etmirəm. Amma etmişəm istifadə ,bilirəmki bunlar saçda rezin izi qoymurlar və həqiqətən incitmirlər saçı😄 yaxşı ki kəşf ediblər deyək🤷🏻‍♀️

Coin Marketplace

STEEM 0.17
TRX 0.16
JST 0.029
BTC 75005.44
ETH 2818.62
USDT 1.00
SBD 2.54