Sən,mən,o. ||#club5050

in Steemit Azerbaijan☪✔3 years ago

Salam, Steemitçilər. Yaxşı olmağınız ümidi ilə:) Postun adından da göründüyü kimi bu gün bir az daha hissli günümdəyəm. Yaşadığım nələrinsə deyil də, oxuduğum kitabların təsiri altında daha çox qalıram. Bəlkə də eyni dərəcədə. Bəlkə də oxuduğumuz kitablarda öz həyatımıza, öz yaralarımıza oxşar hadisələrlə qarşılaşırıq deyədi hamısı. Bu dövrdə hamının ortaq yarası var məncə. Güvən. Bu sözü dedikdə ağlınıza ilk nə gəlir? Dost? Sevdiyiniz ya Sevgiliniz? Bu sözü eşitdikdə ağlınıza əminəm ki, bir yox bir xeyli adam gələcək. Sizə belə də bir sual verim. Onlara hər şeyinizi danışmısız? Yaxşı fikirləşin, daha sonra postu oxumağa davam edin.
WhatsApp Image 2022-02-17 at 22.50.05.jpeg
Həqiqətən hər şeyi danışmısız? Danışmısınızsa bir daha belə bir böyük səhv etməyin. Hər kim olur olsun, nə qədər sizə yaxın olsa belə, siz onunla və ya onlarla bölüşdükcə onların sizin ən zəif nöqtələrinizi biləcək. Və vaxt gəldikdə o zəif nöqtələrdən, travmalarınızdan sizi vuracaq. Bu dəqiqə bu cümləni oxuduqda belə ağlına o gələcək. Məni yanlış anlama, qarşındakına sevgini azalt demirəm. Məsafəni azalt, ən çox özünlə danış. Özünlə dost, sirdaş, sevgili ol. Çünki bu dünyada sənə xəyanət etməyəcək yeganə şəxs Özün olacaqsan. Bu cümləni oxuduqda "Hətta ailəmdəmi?" sualını eşidən kimi oldum. İnan mənə, geci-tezi onlarda. Bunların hamısını bəlkə də istəmədən edəcəklər, amma zamanı geri almaq olmur. Nə edəsən? Sonda həmişə yalnız qalacaqsan.
WhatsApp Image 2022-02-17 at 23.15.40.jpeg
İndi düşünürsüz ki, bu danışdıqlarımın postun adı ilə nə əlaqəsi var. İzah edim. Zənn edin ki, ən yaxınız dostunuz var və çox böyük bir zərbə vurur sizə. İstəmədən.) Daha sonra sevgiliniz tərəfindən başqa bir yara, ailə basqısı, daha sonra başqa bir dost, daha sonra başqa, daha sonra başqa.. Bax, bir qəlbin var idi və artıq o paramparçadı. Bəlkə də bu yaşadıqlarının nəticəsində bir daha həyata pozitiv baxa bilməyəcəksən. Bəlkə də yaşadıqlarına görə həyata sevgin qalmayacaq.
WhatsApp Image 2022-02-17 at 23.28.22.jpeg
Bunların səbəbkarı nə və kim oldu? Yoxsa kimlərmi deməliydim) Bunu sizin üstünüzdən misal götürdüm. Siz olmayın, sizin yaxınınız olsun. Və bu şeyləri siz,mən,o etmiş olsun. Sənə, mənə, ona görə bir gəncin həyatı puç olur. Etməyin. Heç vaxt əsəblə, bir anlıq emosiyalara qapılıb hərəkət etməyin. Unutmayın, bu gün onun yaşadığlarını sabah səndə yaşaya bilərsən. Sənində həyatının puç olmasına səbəb olan şəxslər eyni olacaq: Sən, mən, o. Ən sevdiyim müəllimimin belə bir sözü vardır: " Həyat bumeranqdır. Etdiyini yaşadığdan sonra səni digər dünyaya göndərəcək qədər qəddardır Dünya." Güman edirəm ki, nə isə faydam toxundu, fikrimi yanlış və qırıcı tərzdə izah etmədim sizə. Nə də olsa, mən Sən, mən, o cümləsindəki mən olmaq istəmərəm. Özünüzə yaxşı baxın, sağlıqla qalın.✨

Sort:  
 3 years ago 

Əla post idi😊

 3 years ago 

Tamamilə razıyam, əla idi👍
Ancaq insana güvən də lazımdı hərdən. Çünki tamam tək də yaşamaq da olmur hərdən çətin vəzyətində dəsdəyə, qayğıya ehtiyac var. Bunu da elə siz deyən kimi məsafəli şəkildə tutaraq etmək olar. 🙂

Düşündürücü bir post olub.

Coin Marketplace

STEEM 0.17
TRX 0.16
JST 0.029
BTC 61938.24
ETH 2404.86
USDT 1.00
SBD 2.53