Qua keçidi. ||#club5050

in Steemit Azerbaijan☪✔3 years ago

Salam Steemit ailəsi. Hər vaxtınız xeyir. Güman edirəm ki, yaxşısız. Bu gün bir növ təbii hadisələrdən sayılan qabarma və çəkilmələrdən danışacağıq. Bəlkə də, deyəcəksiniz ki, "Bu hadisələrin post adı ilə nə əlaqəsi var?". Onda postu oxumağa davam edin:)
Qabarmalar və çəkilmələr nə zaman baş verir və ya nəyə deyilir? Ayın və Günəşin cazibəsi ilə suyun səviyyəsinin qalxması və ya enməsi nəticəsində yaranan hadisəyə qabarma və ya çəkilmə hadisəsi deyilir. Bunun səbəbi isə Günəşin qabarma yaratma qüvvəsi Aya nəzərən demək olar ki, 2 dəfə azdır. Qabarmanın hündürlüyü hər su hövzəsinə görə müxtəlifdir. Yəni, okeanda 1,8m-ə yaxın, sahillərdə təqribən 2m, körfəzlərdə 18 metrə qədər artır. Məsələn, Kanadada, Fandi buxtasında 16 metrə çatır.

fandi.jpg
Link to Photos
Qabarma hündürlüyü yerin, ayın və günəşin qarşılıqlı təsirlərindən, coğrafi enlikdən, dənizin dərinliyindən və sahil xəttinin formasından asılıdır. Lakin ən vacibi su hövzəsinin okeanlarla əlaqəsidir. Su hövzəsi nə qədər qapalı olarsa, bu hadisələr (qabarma və çəkilmə) bir o qədər az görünə bilər. Məsələn, Baltik, Qara və Xəzər dənizlərində bu hadisə demək olar ki, hiss olunmur. Xəzər dənizinin qabarması maksimal olaraq 21 sm olur. Buna görə də biz onu hiss edə bilmirik. Qabarma və çəkilmənin daha çox gözə batdığı ərazilərdən biri Qua keçididir. (Passage du Gois) Bu keçid Burnöf körfəzi boyunca uzanan və Fransa Nuarmutye adası ilə birləşdirən yoldur.
Qabarmadan öncəki halı:
ççəkilm.jpg
Link to Photos
Bayaq da dediyim kimi, gündə 2 dəfə qabarma olduğuna görə bu yol bir neçə saatlıq nəqliyyat vasitələrinin keçməsi üçün açıq olur. Qalan vaxtlar isə suyun hündürlüyü 4 metrə qədər çatır. Bu haldada nəqliyyat vasitələri çox çətinliklə və ya heç hərəkət edə bilmir.
Qabarmadan sonrakı halı:
lcvhkjlıkəılk.jpg
Link to Photos
Ada və materik arasındakı çəkilmələr əsnasında yaranan bu keçid ilk dəfə 1702-ci ildə xəritələrdə qeyd olunmuşdur. At və arabaları hərəkət etməsi üçün isə müəyyən vaxtdan sonra bu yola daş döşənilir. 4,5 km yolu daşla döşənilməsinə baxmayaraq, yenə də bu yol riskli yol hesab olunur. Hər gün Allahın bir möcüzəsinə şahid oluruq. Möcüzə demişkən gələn post "Dünyanın 7 möcüzəsi" haqqında olsun mu?
Bu günlük də bu qədər idi,dəyərli Steemit ailəsi. Özünüzə yaxşı baxın.🤍

Sort:  
 3 years ago 

Dünyanın 8 möcüzəsi var. 8cidə özüməm😆😆 ahahaha zarafat elədim yaxşı. Post əladı , bu qabarma və çəkilmə hadisələri mənə hər zaman maraqlı gəlib. Oxudugum yaxşı oldu. "Dünyanın 7 möcüzəsi"də maraqlıdı. Niyədə olmasın?))

 3 years ago 

Sözsüz 8 sənsən onsuzzz🌸

 3 years ago 

9 da sən ol😆😂💛

 3 years ago 

O qabarmanı müşahidə edib sora da niyə olduğunu araşdıranda adam lap dəli olmaq isdəyir😄
Görək o qədər möcüzəni 7'yə necə yerləşdirəcəksiz. 😉

 3 years ago 

görək😄

Coin Marketplace

STEEM 0.17
TRX 0.16
JST 0.029
BTC 62134.47
ETH 2417.18
USDT 1.00
SBD 2.54