O uzun müddət. || #club5050

in Steemit Azerbaijan☪✔3 years ago

Salam, dəyərli steemitçilər. Necəsiniz? Təki yaxşı olun. Bəli, uzun müddətdir yox idim. Aktiv ola bilmirdim. Təbii ki, üzrlü səbəblərim var. Bununla da yanaşı az da olsa maraqlı hadisələrim var. İlk öncə niyə uzun müddət yox idim bunu izah edim.
Mən keçən semestr kollekvium (aralıq imtahanı) imtahanında tanımadığım 1 tələbəyə az-çox bildiyim qədəri ilə kimya fənnindən (ümum kimya) köməklik etdim. Lakin ilk başda ciddi şəkildə qaydaları pozmamağımızı bildirmişdilər. Nəzarətçi məni görüb mənə protokol yazdı.☹ Protokolun sadəcə xəbərdarlıq olduğunu düşünmüşdüm. Uzun sözün qısası, axır semestr imtahanlarının vaxtı gəldi. Hədəfim zərbəçi olmaq idi. İlk imtahan verəcəyimiz fənn də tarix fənni idi. 74 balla ən çox çəkindiyim fənndən keçmişdim. O biri fənnlərdən heç də qorxum yox idi. Və o günə kimi hər şey yolunda idi. Səhəri gün kabinetimə daxil olduqda kömək etdiyim fənnlərdən (ümumi kimya, analitik kimya) ballarımın silindiyini gördüm. Həyatımın ilk peşmanlığını yaşadım. Özümə deyil də, mamama verdiyim sözü tuta bilmədiyimə pis oldum. Hə bir də çəkdiyim əziyyətlərə. Bunu sizə danışmaqda məqsədim nə idi? Uzun müddət ara verməyimə səbəbdə bu idi. Həm çox təsir etmişdi mənə, çünki artıq zərbəçi ola bilməyəcəkdim, həm də dərslərimə daha çox diqqət verməliydim. Dərslərim artıq yolundadı. İnşallah ki, belə də davam edər.
Keçək sizə danışacağım hadisəyə.
İxtisasımla bağlı çox hallarda vaxtım laboratoriya da keçir. İlk işimizi sizinlə bölüşmək istəyərəm:)
Maddəni çini kasaya yerləşdiririk və üstü kasanın diametrinə uyğun gələn qıfla örtürük. Qıfın ucunu pambıqla, çini kasanı isə kağız ilə örtürük.
WhatsApp Image 2022-03-22 at 21.07.37.jpeg
Kasanı qıfla birlikdə zəif od üzərində qızdırırıq. Maddənin buxarları soyuq qıfa toxunaraq kristallaşır.
WhatsApp Image 2022-03-22 at 21.07.37 (1).jpeg

WhatsApp Image 2022-03-22 at 21.07.37 (2).jpeg
Lakin əsas hissəni unutmuşduq. Təhlükəsizlik qaydalarına riayət etməyi. Kağıza yaxınlaşdıqda kristallar nəfəsimizə hopdu. O anı birdə yaşamaq istəməzdim. Daha sonra xoşagəlməz ətir otağa yayıldı. Nəfəs almağımız daha da çətinləşdi. O an havaya çıxmasaydıq nələr olacağını düşünmək belə istəmirəm.
Hə, steemitçilər mən əvvəl ki aktivliyimə qayıtmağa başlayıram:) İnşAllah xoşagəlməz hadisələrlə qarşılaşmaram. Nəinki mən, həmçinin sizdə. Bura qədər postumuz oxuduğunuz üçün təşəkkürlər. Gələn postlar da görüşərik.✨

Sort:  
 3 years ago 

Aleykum SALAM Gözəl İnsan. Xoş gəldin. Yenidən bizim aləmə qayıtmağına şad oldum. Qarşılaşdığın tranpilimlərlə bağlı həm üzüldüm, həm də sevindim. Üzüntüm neqativlərlə, sevinməyim isə təslim olmayıb mübarizəvi davam etdirib qalib gəlməyinlə bağlıdır. ALLAH saxlamış bilmirsən ki, kimyəvi maddə ilə məşğul olanda FMV(fərdi mühafizə vasitələri)-dən istifadə etmək mütləqdir🤔🤨

Coin Marketplace

STEEM 0.17
TRX 0.16
JST 0.029
BTC 61938.24
ETH 2404.86
USDT 1.00
SBD 2.53