Musiqinin təsir gücü. ||#club5050

in Steemit Azerbaijan☪✔3 years ago (edited)
Salam, əziz, Steemit ailəsi. Necəsiz? Bu gün mənim həyatımın əsas hissəsini tutan musiqi haqqında danışacam. Düşünürəm ki, mənim həyatımın böyük planında olduğu kimi sizdə də böyük bir yer tutur. Musiqi öncəki posta danışdığım incəsənətin bir qoludur. Musiqi həyatımızın ilk anından bizimlədir. Yəni, beşik də yatan körpə belə anasının şirin laylası ilə yuxuya gedir. Həyatımızda olan sevinci, qüruru, kədəri, həyəcanı, bir sözlə, bütün duyğularımızı ifadə etmək üçün mahnılar vardır. Burda görürük ki, musiqi həyatımızın əsas parçası olub. İncəsənət elə bir sahədir ki, sən ona bir addım yaxınlaşdıqda o səni içinə çəkir. O qədər özəl, qeyri-adi, valehedicidir ki, musiqinin ruhu sanki bədəninizə hopur. Yavaş-yavaş onu sevir, daha sonra bağlanırsız. Düşüncələrimdən elə hiss olunur ki, qarşınızdakı canlı bir insandır .Bunu sözlə ifadə etməkdən çox yaşamaq lazımdır.

3.jpeg

Öncələrdən musiqi haqqında belə bir rəvayət dolaşırdı. Musiqi insanların qəlbini fəth edən ecazkar bir qüvvədir. Oxunulan musiqi tanrıları və adamları heyran edir, təbiətin kor qüvvələrini, qara qüvvələri məhv edirdi. Burdanda musiqinin insana təsirini görə bilərik. İstənilən musiqi insanın ruhundakı yorğunluğu aparır. İstənilən musiqi dedikdə, yəni hər kəsin ruhunu xitab edən musiqidən danışılır. Hər kəsin öz zövqünə xitab edən musiqi onun ruhunuda qidalandırır. Musiqi bayaq da dediyim kimi, insan ruhunu dinləndir. Buna təbabətdədə rast gəlmək olar. Yəni, məsələn əsəblərində gərginlik yaşayan insana həkimlər müəyyən mahnılar tövsiyə edir. Burdanda görürük ki, musiqi sanki insanla ruhu, hissiyyatı arasında olan bir bağlılıqdır. Bəs sizi incəsənət ilə ruhunuz arasında, musiqi ilə hissiyyatınız arasındakı bağlılıq hansıdır?

4.jpeg

Bu günlük bu qədər Steemit ailəsi. Çalışın ruhunuzu musiqidən uzaqlaşdırmayın. Nə siz, nə ruhunuz. Önümüzdəki postlarda görüşmək diləyi ilə. 🦋

Sort:  
 3 years ago 

Ən sevdiyim musiqilər- kədərin rəsmi çəkilmiş musiqilərdir. Qulaq asdıqca zövq alıram. Boş yerə deməyiblər , musiqi ruhun qidasıdır 💙

 3 years ago 

Bəlii🌸

 3 years ago 

Musiqinin hər növünü çox sevirəm. Dinləməyi, pianoda ifa etməyi çox sevirəm , onlar mənim bir parçamdı. Postu sevdim💜💜

 3 years ago 

Musiqisiz həyat qara dəlik kimi görsənir sanki🤍

Coin Marketplace

STEEM 0.17
TRX 0.16
JST 0.029
BTC 61870.12
ETH 2401.56
USDT 1.00
SBD 2.53