Memarlıq-heykəltəraşlıq. ||#club5050

in Steemit Azerbaijan☪✔3 years ago

Salam, sevimli Steemit ailəsi. Gününüzündə özünüz kimi xoş və gözəl keçdiyini ümid edirəm. Bu gün insanın həyat və fəaliyyəti üçün məkanlar, vaxt keçirdiyimiz yerlər də tikilən, yaradılan binalardan, onların cəlbedici görünüşlərindən danışmağı düşünürəm. Daha açıq desəm, incəsənətin qollarından olan memarlıq,heykəltaraşlıq mövzusunda danışacam. Bu binaların gözəllikləri, bir-birinə uyğunluqları, alqoritması demək olar ki, bir sənətdir. Bu sənətə memarlıq deyilir. Hər xalqın özünə xas olan memarlıq abidələri, məkan görünüşləri, yaradıcılıq mənbələri vardır. Bizim memarlıq tariximizin başlanğıcı qədim dövrlərə gedib çıxır. Məsələn buna misal olaraq Azıx mağarasını və ya o vaxtlar müxtəlif görünüşlərdə olan sığınacaqları misal götürmək olar. Gün keçdikcə müharibələr baş verdiyinə görə tikilən müdafiə tikililəri, güclü qala divarları da memarlıq sənətinə nümunə göstərilə bilər. Zaman keçdikcə İslam dini yarandıqdan sonra, (təxminən VII əsrdə yaranıb) buda memarlığın inkişaf etməsində rol oynadı. Yeni tikililər-məscidlər, mədrəsələr, türbələr və s. inşa edildi. Bu dövrdə İslam dini ilə yanaşı başqa dinlər olduğuna görə, bəzi yerlərdə kilsələr, xristian məbədləri də inşa edildi.
5.jpeg
Zaman axdıqca memarlıq inkişaf etməyə başladı. Memarlığa təkcə bina tikməklə, məkan inşa etməklə baxmaq düzgün olmaz. Heykəltəraşlıqda demək olar ki, memarlıq sənətinə oxşar bir sənət, peşədir. Hər məkanda girdikdə, məkana dekor verməsi üçün müxtəlif cür heykəllərdən istifadə olunur. Bu da o deməkdir ki, dövrümüzdə təkcə memarları deyil, heykəltəraşlarımızı da qiymətləndirməliyik. Heykəltəraşlığın 3 sahəsi vardır:
1.Monumental heykəltəraşlıq-bu sahəyə aid heykəllərdən daha çox açıq havada, şəhər meydanlarında, bağlarda daha istifadə olunur. Bura atlı heykəllər, relyeflər, əsasən, görkəmli şəxslərə həsr olunmuş heykəllər aiddir. Monumental heykəllərə uzaq məsafədən baxılır.
ghdrdxhr.jpeg
Link to Photos
2.Dekorativ heykəltəraşlıq-bu sahəyə aid olan heykəllərdən isə daha çox memarlıq abidələrinin bəzədilməsində istifadə olunur. Bununla yanaşı onlar parkları, fəvvarələri, bağlarıda bəzəyirlər.
npjı4.jpeg
Link to Photos
3.Dəzgah heykəltəraşlığı-bu sahəyə isə əsasən, sərgilərdə, muzeylərdə nümayiş etdirilən, baş, bədən, qrup, büst görünüşünə sahib olan heykəllər aid edilir. Bu heykəllərə yaxın məsafədən baxılır. Dəzgah heykəltəraşlıq nümunələri adətən, əşyanın təbii ölçülərinə uyğun yaradılır.
6.jpeg
Heykəllərdən nəinki məkanlara dekorativ məqsədlə, hətta evlərimizdə də dekorativ məqsədlə istifadə edib, evə başqa abu-hava bəxş edə bilərik. Getdiyiniz məkanlardakı sizi cəlbedən heykəllərdən niyə də evinizdə olmasın? Niyə də yox? Bu günlük bu qədər dəyərli Steemit ailəsi. Gələn gözəl günlərdə görüşmək diləyi ilə✨

Coin Marketplace

STEEM 0.16
TRX 0.16
JST 0.030
BTC 59203.63
ETH 2522.75
USDT 1.00
SBD 2.51