İnsanlıqdan əsər? ||#club5050
Salam, Steemitçilər. Necəsiniz? 26 fevral.. Kim yaxşı ola bilər axı hə? İlk başda "Allah şəhidlərimiz rəhmət etsin" deyərək, başlayım. Hər il kədərlənirdim bu gün üçün. Lakin dünən universitetdə bir qısa məzmunlu, amma dərin mənalı bir filmə baxdıq. Sonda adını sizə de deyəcəm. Bəlkə baxmaq istəyərsiz. 26 fevral.. Mən buna müharibə yox, qətliam deməyi seçərəm. Ermənilər bunu qəbul etməsələrdə, bu belədi. Bu gün hətta belı bir şey oxudum:
Bir erməni vətəndaşı deyir:
-26 fevral biz bir azərbaycanlı ailəsinin evinə girdik. Və biz bütün ailə üzvlərini bir an belə düşünmədən öldürdük. Evdə sadəcə 7 yaşlı oğlan uşağı qaldı. Biz onu tutub, xaç şəklində olaraq mismarladıq. Və onun canlı-canlı dərisini soymağa başladıq. 7 yaşlı uşaq sadəcə 4 dəqiqə həyat da qala bildi.
Bunları elə rahat şəkildə danışırdı ki, sanki elədiklərin də heç bir yanlış, qəddarlıq yoxdur. Söz yoxdur. Arxasında duranlardan da söz açmağa ehtiyac yoxdur məncə)
Link
30 il əvvəl yaşadığlarımızı öz insanlığımızla qisasını aldıq. Lakin bu o deməkdir ki, yaşadığlarımız unudulacaq? ƏSLA! Helə-helə 1 il əvvəl baş verənlərə rəğmən. 30 il öncə etdikləri az deyilmiş kimi, nə qədər günahsız can aldılar. Bizim, mənin, sənin bildiyimiz qədəri ilə müharibə hərbi qüvvələr arasında olur. Lakin, ermənilər məsum əhalini hədəf alırdı. 30 il öncə də, 1 il öncədə. Sizə ermənilərin yaratdığı mənzərələri göstərim.
Link
Link
Bunu yaşayan biri olaraq, sözüm pis çıxmasın, yaşamadan anlamaq mümkün deyil. Heç kimin yaşaması diləyi ilə. Dinc əhaliyə atılan heç bir mərmidə haqq güdülməz. Günahsız uşaqları valideynsiz, valideynləri övladsız qoymaq insanlıq deyil! Çox doluyam, bu yaşananlarda.. Anlatsam da, sadəcə dünyaya erməninin əsl üzünü göstərmək üçün anlataram. Yoxsa o cür adamları, insanları geri qaytarmaq nə mümkün.. Bir daha Allah məkanlarını cənnət etsin. Çox siyasətə girmək istəmirəm amma, bir sözlə postumu sonlandırmaq istəyirəm nə demək istədiyimi bəlkə anlayarsız. Əgər hər hansı bir dövlətlə müharibədəsinizsə, bunu hərbi qüvvələriniz arasında həll edin. Dinc əhaliyə dəymək, sadəcə insanlıqdan uzaq olduğunuzu göstərər. Xalq, dövlətlər səsini çıxarmasada Allah var.
Eyni gün, fərqli il.
Eyni amansızlıq, eyni vəhşilik
Hə, bu arada ilk başda sizə film adı deyəcəkdim. "Xocalı nişanəsi" filmini izləməyi unutmayın. Allah yardıma ehtiyacı olanlara dərman, şəhidləri olanlara səbr versin.
Mən bu gün bütün günü bərbad vəziyyətdə olmuşam . Səssiz ağlamışam və bütün dünyaya lənət oxumuşam
Və insanın əlindən də duadan başqa heçnəyin gəlməməsi..