Haçiko. ||#club5050
Salam, əziz Steemitçilər. Necəsiniz? Təki yaxşı olun. Yəqin ki, məşhur Haçiko haqqında hamınız eşitmisiz, məlumatınız vardır. Yoxdursa da, artıq zamanıdır. Haçiko akita cinsinə mənsub olan itdir. Bu cinsə sahib itlər əsasən ailə keşikçisi kimi və ov üçün istifadə edilir. Haçikoda bu it növünə aid idi. İtlərin, daha doğrusu bir çox heyvanların sadiqliyinə şahid olmuşuqdur. Hətta mənim fikrimcə itlər bir çox insandan sadiqdir:) Haçikoda öz sahibinə çox sadiq bir it idi..
Link to Photos
Gəlin indi onun niyə bu qədər məşhur olduğuna keçək.
Günlərin bir günü yapon professoru (Dr.Hidesaburo Ueno) bir it balası tapır. O tapdığı balaya ad qoymağı qərara alır. Biraz götür-qoydan sonra itin adını Haçiko qoyur. Haçiko sözünün mənası isə yapon dilində "səkkizinci" mənasına gəlir. Haçika ağ rəngli bir it idi. Hər səhər sahibini metroya qədər yola salıb, evə qayıdırdı. Sahibinin evə qayıtma saatındada metroya gedirdi. Bu dəfə qayıtdıqda isə sahibi ilə qayıdırdı. Düz 1 il ərzində Haçiko öz sahibini hər səhər metroya kimi yola salıb, daha sonra axşam isə sahibinin evə qayıtma vaxtında metroya gedib sahibi ilə birlikdə qayıdırdı.
Link to Photos
Amma bir gün.. Hər şeyin baş verdiyi o gün.. O axşam professor metrodan düşmədi. Haçiko bütün gecə sahibini metronun qapısında gözlədi. Bir gün, iki gün, üç gün, daha çox.. Bəs sahibinə nolmuşdu? Sahibi universitetdə infarkt keçirərək dünyasını dəyişmişdi. Haçiko sanki hər gün inadla sahibi metrodan çıxacaq deyə gözləyirdi. Bəlkə də ümid.. Düz 9 il Tokio metrosunun Şibuya stansiyasının qapısında durub gözlədi. 1935-ci ildə Haçiko 11 yaşında metronun qapısının qarşısında öldü. Bir daha itlərin bir çox insanlardan daha sadiq olmağının sübutunu gördük.
Haçikonın vəfat etdiyi yerdə, yəni Tokio, Şibuya stansiyasında xatirəsi üçün bir heykəl qoyuldu. Bu heykəl Sədaqət rəmzi sayılır. Hal-hazırda bu stansiya Haçiko stansiyası kimi tanınır.
Link to Photos
Bu heykəl İkinci Dünya Müharibəsi zamanı hərbi ehtiyac lazım olduğuna görə, metal tələb olunduğundan abidəsi məhv edilmişdir. Lakin Yaponiya Haçikonu heç vaxt unutmamışdır. Buna görə müharibə bitər-bitməz yenidən heykəli ucaldıb. Haçikonun qalıqlarının bir hissəsi muzeydə saxlanılır, qalan hissəsi isə Ayoma qəbiristanlığında saxlanılır.
Hə, steemitçilər. Maraqlıdır sizdə mi mənim bu fikirimlə (Heyvanlar insanlardan daha sadiqdilər) razısınız? Hər birinizin fikri önəmlidir. Bu postunda sonuna gəldik. Həmişə yaxşı olmağınız diləyinizlə:)
Salam. Bəli razıyam👍
Sevindim😄