Bir buket hədiyyə💐 || #club5050

in Steemit Azerbaijan☪✔2 years ago

Salam,Steemit ailəsi. Necəsiz? Təki yaxşı olun. Yaxın zamanlarda ən yaxın rəfiqəmin doğum günü olacaq deyə şəhərə üz tutdum. Qızın güllərə düşkünlüyü olduğu üçün buket hazırlatmağı düşünürdüm. Ona görə daha çox populyar olan "Ağ çiçəyim" mağazasına getməyi düşünüdüm. Təbii ki, ora getməmişdən öncə digər gül mağazalarınada baş çəkdim.

Screenshot_20220216-001607_WhatsApp.jpg

Dəfələrlə gördüyüm güllər sanki ilk dəfə görürmüş kimi güllərə aşiq oldum. O qədər cəlbedici idilər ki. Normalda gülləri, bitkiləri öz aləmindən uzaqlaşdırılmasına qarşıyam. Amma evdə də qısa müddətliydə olsa onlara "can verə bilərik" fikri məni biraz rahatlaşdırır. Tək bir gül ayrılıqda da gözəldir,düzdü. Lakin toplu formada olduqda daha mükəmməl göründüyünü qəbul etməliyik.

Screenshot_20220216-001556_WhatsApp.jpg

Rəfiqəmin sarı güllərə həssaslığı olduğu üçün ona sarı gül almağı düşünürəm. Bizim xalq arasında şayiələrimizdə var ki, "Sarı gül ayrılıq mənasını verir, ayrılıq gətirir." Amma mən belə şayiələrə çox da inanmıram. Yaşanılası bir şey varsa, geci ya tezi yaşanılacaq. Nəyinsə üstünə atılmağı mənə məntiqsiz gəlir. Nə isə. Nəticə etibari ilə bunlara fikir verməyib, bir buket sarı gül sifariş verdim.

Screenshot_20220216-001547_WhatsApp.jpg

Bu şəkillərdə güllərin gözəlliyinə sizdə şahid olun:) Təbiətin bizə belə gözəlliklər verdiyinə görə minnətdaram. Təbiəti bizə bəxş edən Allahada şükür edirəm. Hər daim şükür edək ki, şükürlü günlər yaşayaq. Belə, dəyərli Steemitçilər. Bugünlük sadəcə bu qədər. Sabah yeni və daha gözəl postla görüşmək diləyi ilə. Gecəniz xeyirə qalsın.

Sort:  
 2 years ago 

Gülləri sevirəm, ancaq mənə hədiyyə kimi verilməsini çoxda sevmirəm əslində. Ancaq bunları görəndə nə yalan deyim hədiyyə kimi istədim😆😄

 2 years ago 

Deməy ki, böyüy danışmamağ lazımmış😂😂

 2 years ago 

Məncə də gəlmiş keçmiş ən gözəl hədiyyə güldür. 🙂

 2 years ago 

Bəliii,güllərin gözəlliyindən əhval-ruhiyyəsi aşağı olan insan belə sevinc hissi keçirirr✨

Güllər çox gözəldir. Qadın gözəlliyinə yaraşan nadir çiçəklərdən biridir. :)

 2 years ago 

Bəli:)

Coin Marketplace

STEEM 0.17
TRX 0.13
JST 0.027
BTC 58664.80
ETH 2569.75
USDT 1.00
SBD 2.42