Bakmil sevdam. ||#club5050

in Steemit Azerbaijan☪✔3 years ago

Salam, Steemit ailəsi. Təki yaxşı olun. Bu gün bitmiş bir tətilin ilk günü idi. Bizdə dərs sistemi hibrid vəziyyətdə olduğu üçün ilk dərs günümüz onlayn, yəni distant şəkildə oldu. Məndə tətil bitməmişdən öncə qrup yoldaşım @alsum ilə şəhərə çıxmağı qərarlaşdırmışdıq. Onlayn dərsi bitirdikdən sonra şəhərdə görüşüb, ilk kitab mağazasına getdik. Daha sonra metroya düşdük. Metroya düşdükdə indiyə kimi marağımı çox çəkən Bakmil stansiyasına getmək fikri ağlıma gəldi. O gün bu gün idimi?😅 Alsuya bu fikrimi dedim. Amma ikimizində Bakmil haqqında zərrə qədər düşüncəsi yox idi. Sadəcə təsəvvürlərimiz var idi. Alsu oranın digər metrolardan daha gözəl olduğunu düşünürdü, mən isə tam əksi, niyəsə Bakmil dedikdə ağlıma çöllük tərzi, dümdüz boş yollar gəlirdi. Axırda qərar verdik ki, Bakmilə gedək və bu fikirlərə orda qərar verək. Axır ki, metroya mindik.
WhatsApp Image 2022-02-16 at 21.04.50.jpeg
Bəs nə oldu? Yanlış metroya minmişik. Mükəmməl. "Bakmil stansiyasınada səhv minməzsəndə" dediyinizi eşidirəm.😂 Neftçilər stansiyasında düşdük. 30 dəqiqəyə yaxında orda gözlədik. Sonra kiməsə yaxınlaşıb "burdan Bakmilə gedən qatar varmı?" deyə soruşduq. Gözlənən cavabı aldıq, amma biz gözlədiyimiz cavab olmadı. Yenidən başqa qatara minib, Nərimanov stansiyasına getdik. Ordan Bakmilə gedən qatar var imiş. Axır düz stansiyaya gəldik. Qatar dəyişdirib Bakmil qatarına mindik.
WhatsApp Image 2022-02-16 at 21.13.05.jpeg
Axır ki.. Bakmil stansiyası.. Gördüyümüz mənzərə ikimizində təsəvvürləri kimi olmadı. Hər ikimiz oranın biraz daha çox diqqətçəkici olmağını ümid edirdik. Bunun şokuyla bir-birimizə baxdığımız an, maşinist yaxınlaşıb "Düşmək fikriniz yoxdur?" dedi. Utanağmı, güləkmi, bilmədik. Düşdük. Hara gedəcəyimizidə bilmirdik. İçəri keçdik. Bir xalaya yaxınlaşıb burdan necə geriyə qayıda biləcəyimizi soruşduq.
A:Burdan çıxmaq üçün hara olur olsun.
G:Həzi Aslanova tərəf.Əks tərəf.
Xala sanki ilk dəfə bu sualı almamışcasına cavabladı.
-Ən tez 40 dəqiqə sonra gələcək.
Bir-birimizə baxıb, içimizdən bu cümləni keçirdik: "Günayın Bakmil sevdası bizim başımıza oyun açdı."
WhatsApp Image 2022-02-16 at 21.24.47.jpeg

WhatsApp Image 2022-02-16 at 21.24.47 (1).jpeg
Bəli, bura Bakmildi. Qatarı gözləyənə qədər düşüb, ətrafa nəzər yetirməyi düşündük. Normaldan daha sakit küçələrdən keçdik. Onsuz əsas yol belə çox sakit idi. Geri qayıtdıqda qatarı saniyə ilə qaçırtdıq. Bu gün başımıza daha nə gələ bilərdi. 30dq gözlədikdən sonra yeni qatar gəldi. Mindik, o qədər həyəcandan sonra Dəniz Malla getdik. Çaydan-sudan içdik oturub bir az dincəldik. Bu gün başımıza gələnləri gözdən keçirdik.
WhatsApp Image 2022-02-16 at 21.32.59.jpeg
Daha sonra hava qaralmamış evlərimizə dağılışdıq. Hə, Steemit ailəsi. Bugünlük bu qədər utanmaq bəsdir, məncə. Siz siz olun, tanımadığınız yerə qəti ayaq qoymayın.😄 Özünüzdən muğayat olun, həmişə üzünüzün gülməsi diləyi ilə.

Sort:  
 3 years ago 

Ahahahhaha Bakmil'ə gedən qatarın açıqlığa getdiyini eşidəndən bəri ora getmək istəmişdim. Bugündə tam üstünə düşdü, ama bir balaca peşman olmadım deyil😂😂 Birdə eləmiyəcəm belə şeylər🙌🏻😂

 3 years ago 

+1

Coin Marketplace

STEEM 0.16
TRX 0.16
JST 0.030
BTC 59203.63
ETH 2522.75
USDT 1.00
SBD 2.51