Astral səyahət. ||#club5050

in Steemit Azerbaijan☪✔3 years ago

Salam, Steemitçilər. Necəsiniz? Bu gün bir çoxlarınızından eşitdiyi, hətta, maraq mənbəyinə çevrildiyi mövzuya toxunacam.
Biz iki bədəndən ibarətik: ruhi və fiziki. Biz yatdıqda ruhi bədənimiz fiziki bədənimizi tərk edir. Bu hər yuxuya getdikdə baş verir. Lakin biz heç də həmişə astral adlanan zonaya düşə bilməmişik. Astral adlanan zonaya xüsusi metodlarla istifadə etməklə düşmək olduğunu güman edirlər.
Cadugərlik və ekstrasenslikdə 3 dünya olduğu irəli sürülür: ruhi dünya, fiziki dünya və astral dünya. Keçmiş zamanlarda müdriklər bir çox biliyə sahib idilər. Onlar dörd əsas ünsürün adını çəkirdilər: torpaq, od, su və hava. Lakin bəziləri isə beşinci ünsüründə olduğunu deyirdilər. Bu ünsürə incə enerji, efir deyilirdi. Əsl adı isə bizim də dediyimiz kimi astral və ya astral işıq adlanır. Onun görünüşü ilə bağlı heç kimin tam dəqiq fikri yoxdur. Həmin o dünyada biz öz keçmişimizi və gələcəyimizi görürük.
a1e61833-ee7d-4501-8610-f73b6e64b993.jpg
Link to Photos
Astral adlanan əraziyə xüsusi metodlardan istifadə etməklə düşmək olar. Beləcə insan yuxuda özünü dərk edə bilər. Astral səyahət zamanı heç də hamı astral bədənini görə bilmir. Amma dediyimi kimi bəzi metodlarla bu mümkündür. Lakin xüsusi biliklər olmadan həmin ərazidə qalmaq mümkün deyil. Dediyimiz ərazi, yəni astral zona, sizə adi yuxu kimi gələ bilər, amma bu yuxu deyil. Siz divarlardan keçə bilərsiniz, insanlara toxunub bunu hiss edə bilərsiniz, ürəyiniz istəyən adamı görə bilərsiniz və bu kimi şeyləri orada bacara bilirsiniz. Sadəcə bunun üçün beyni məşq etdirmək gərəkir. İlk dəfə insan qorxur. . Siz astralda qorxulu məxluqlara və ya qara qüvvələrə rast gələ bilərsiniz. Amma yavaş-yavaş buna alışırsınız.
مفسرين-الأحلام.jpg
Link to Photos
Bir neçə metoddan istifadə etməklə astralda olmaq mümkündür: Birbaşa metod, bilavasitə metod və yuxuda dərk etmək.
Birbaşa metod- bu üsulda yuxudan istifadə edilmir. Yəni siz gözünüzü yumub müəyyən texnikalardan istifadə etməklə astrala səyahət etmək mümkündür. Əksər şəxslər bunu səhv edirlər. Xüsusi metodika və təlim keçmədən birbaşa metoddan istifadə etmək istəyirlər. Lakin bu çox təhlükəlidir. Belə səhvlərin nəticəsi ağır olur. Yuxuda gəzmələr və hətta bu şəraitdə intahara belə gətirib çıxara bilir. Bundan ötrü çox ehtiyatlı olmalı, beyini bu yöndə məşq etdirmək, hazırlamaq lazımdır.
Bilavasitə metod- bu üsulda isə yuxudan istifadə edilir. Yəni yatırsınız, ayılırsınız və həmin anda texnikadan istifadə edib astrala düşürsünüz. Əksər vaxtlar bu səyahəti xatırlayırsız.
Yuxuda dərk etmə metodu- bu üsulda yatırsınız və dərk edirsiniz ki, bu yuxudur. Ondan istifadə etməklə astrala düşmək mümkündür. Adətən insanlar astraldan ayıldıqdan sonra reallıqla yuxunu qarışdırırlar. Bu ona görədir ki, Astral real həyatla çox oxşardır.
Hətta belə bir gerçək də vardır ki, İngiltәrәli Kevin Bohm adlı universitet tələbəsi astral səyahət ilə daimi mәşğul olan vә onun hәr sirrlәrini bilәn biri idi.
1641116825141254_c5_300x300.jpeg
Link to Photos
O, bundan istifadә edәrәk verәcәyi imtahanının suallarını görmüşdür. Və bu yolla girdiyi bütün imtahanlardan "A" almışdı. Universiteti bitirdikdən sonra bu sirrini universitet dostları ilә paylaşmışdır. 😄 Belə bir sual da sizə verim. Bəs siz Astral səyahətə inanırsınız? Cavablarınızı rəylərdə bildirməyi unutmayın. Bu günlük bu qədər əziz Steemitçilər. Gələn günlərdə yeni postlarla görüşmək diləyi ilə:)

Sort:  

Astral səyahət marağım Insidious a (ruhlar bölgəsi) baxdiqdan sonra dahada artmışdı. Sağolun bu maraxlı posta görə.

 3 years ago 

🤍✨

 3 years ago 

Maraqlı postunuz üçün təşəkkürlər

 3 years ago 

Marağınızı çəkdisə, nə gözəl:)

Bu mövzunu yeni araşdırmağa başlamışam, olduqca maraqlı gəlir mənə, istəyərdim Astral səyahət edim😄
Qələminizə sağlıq🙏🏻

 3 years ago 

Məncə o riskə dəyməz, çünki dediyim kimi astral səyahət etdikdə travma alma ehtimalın 60%dən yuxarıdır.

 3 years ago 

Astral səyahətə inanıram, həm də qorxuram heç vaxt risk etməyəcək dərəcədə. Ama dəqiq bildiyim birşey var yuxuda gəzə və danışa bilirəm 😄

 3 years ago 

Məncə risk edilməyə dəyməyəcək, yəni nəticə olaraq travma alma ehtimalın çox böyükdü.

Coin Marketplace

STEEM 0.17
TRX 0.16
JST 0.029
BTC 61938.24
ETH 2404.86
USDT 1.00
SBD 2.53