Xoş gördüm Steemit Azerbaijan. || #club5050

in Steemit Azerbaijan☪✔3 years ago
Hər vaxtınız xeyir, Steemit Azerbaijan ailəsi. Ümid edirəm ki, gününüzdə özünüz kimi gözəl keçir. Buraya qoşulmağı mənə qrup yoldaşım @alsum məsləhət gördü:) . Məndə " Niyə də yox? " dedim. Hər vaxtı dəyərli qiymətləndirmək lazımdır, buda bəlkə həmin yollardan biridir deyə düşünürəm. Keçək sizə özümü tanış etmək mərhələsinə. Mən Günay. UNEC-də 1-ci kurs tələbəsiyəm. Mühəndislik fakültəsində təhsil alıram. Qismət olsa magistraturaya kimi oxumaq istəyirəm. O vaxta kimidə postlarım davam edəcək:)

1.jpeg

Mən yazmağı çox sevirəm. Amma həmişə bəyənməyib həvəsdən düşərəm deyə risk etməmişdim. Burada o ilklərdən birinə başlayacam. Bu ilkində digərləri kimi uğurlu olacağına inanıram. Yazmaqdan əlavə oxumağı, bəzi musiqi alətləri çalmağı, mahnı dinləməyi hobbi edinmişəm. Lakin nə qədər hobbi edinsəmdə , kitab oxumağın yeri məndə tamam ayrıdır..

2.jpeg
Hər növ bədii kitabları sevirəm. Nə də olsa hər kitab bizə nə isə köməkliyi toxunur. Hər cür peşədən, sənətdən az-çox anlayışım olsun istəyirəm. Buna 7 yaşımdan başladım. İlk öncə rəqsə, daha sonra pianoya, gitaraya, musiqi ədəbiyyatı, musiqi tarixi öyrənməyə başladım. 5il müddətində bir çox ölkələrlə yarışmada iştirak edib ya diplom, ya fəxri fərman, ya kupok, ya medallarla geri dönmüşük. 5ilin sonunda isə oranı bitirib, atestatımı alıb digər hədəflərimə yollandım. Çalışıb, oxuyub universitetə daxil oldum. Və yeni hədəflər.. Hal-hazırda isə vaxtımı daha çox kitab oxumaqla keçirirəm. Və bu vaxtıma Steemitdə qoşuldu:)
Belə, əziz Steemit ailəsi. Tanışlıq postumla ilk addımı atıram. Və inanıram ki, Steemit mənim həyatıma yeni bir rəng qatacaq.

Sort:  
 3 years ago (edited)

Steemit Azerbaijan ailəsinə xoş gəldiniz. Ümid edirik ki, davamlı olacaqsınız. Bizim təşkil etdiyimiz təqaüd proqramına da qoşulacaqsınız. Uğurlar.

BgxWBRxjvNhnbM9DiyHtCptYaDNF3xx85r8if8spuMjfmZw6Y1BTXTKbUyKJRfTsGo9T75LFspFsdQ4gq7XVwTq2CzzcNq9RgTdPfXW7sP2DtU9FGdBSdXKP9f7BonanUiAtaUQR115fMu8Dnf2Xze4vUwpa2CBvntbQ43n2i4DzDZp.jfif

 3 years ago 

Xoş gəldin, postlarının davamlı olmasını diləyirəm :))💜

 3 years ago 

Təşəkkürlərr✨

 3 years ago 

Xoşgördük🙂

 3 years ago 

Xoş gördüm✨

Coin Marketplace

STEEM 0.16
TRX 0.16
JST 0.030
BTC 59203.63
ETH 2522.75
USDT 1.00
SBD 2.51