Ruhdan düşməyin

in Steemit Azerbaijan☪✔2 years ago

Hər vaxtınız xeyirli olsun. Steemit yazarlarına salamlar olsun.

Без названия.jpegphoto
İnsanın həyatında elə şeylər olur ki, yaşamaq belə istəmir, lakin hər nə olursa olsun, ruhdan düşmək olmaz. İnsanın başına hər zaman hər iş gələ bilər. Hər dəfə ruhdan mı düşməliyik? Əsla ruhdan düşmək olmaz. Sözə diqqət ilə fikir verin, araşdırın, görün bu "ruhdan düşmək" nə olan şey imiş. Ruhdan düşmək bir çox hallarda baş verir. Biri bankrot olur, birinin sevgisi daşa dəyir, birinin uşağı ölür, biri valideynlərini itirir və bir çox şeylər insanı ruhdan salır. Lakin diqqətlə bu hadisələri, ümüdzüzlüyə qapılmayıb aşanların həyatlarına baxın. Hər biri normal yaşayır. Lakin ruhdan düşüb ümidsizliyə qapanıb yaşayanlar da var. Ancaq xəstə, bomj, dəli, sərxoş, narkoman və daha pis günə düşüblər. Hər iki halda yaşayırlar. Həyatda hər nə olsa, həyat davam eləyir. Hər bir orta yaşlı adamın həyatında ruhdan düşmək olub. Əslində insan ruhdan düşməməlidir. Başına gələn hər bir işi normal qəbul etməli və bu onun həyatında bir epizod olduğunu qəbul etməlidir.
23519343_2007845366152488_1623359742688860856_n.jpgphoto
İnsan ruhdan düşəndə heç vaxt "kaş ki" kəlməsini işlətməməlidir. Ancaq çıxış yolunu arayıb axtarmalıdır. Hər zaman çıxış yolu var, bunu unutmayın. Bu sizə imkan verəcək ki, ruhdan düşməyəsiz, çünki siz çıxış yolu axtara-axtara, "ruhdan düşmək" düşuncəsindən uzaqlaşacaqsınız. Çıxış yolunu axtarırsınızsa, mütləq tapacaqsınız. Ancaq nə edirsizsə, səmimi edin, bir də ürəyinizi Allah ilə düz tutun. Allahın hər zaman yanınızda olduğunu unutmayın. "Biz sizə şah damarınızdan da yaxınıq" ayəsini heç vaxt yaddan çıxarmayın. Məqsədim sizə motivasiya vermək deyil, sadəcə düşündüklərimi sizinlə bölüşməkdir. Allah hər şeyi eşidən, görən və biləndir. Bütün insanlar səhv edir. Səhv etmək insana aid bir əməldir. İnsan səhv edib və edəcək də. Əsas odur ki, başa düşdükdən sonra bir də o səhvi etməyəsən. Allah hər birimizə kömək olsun. Amin İnşallah.

Ezgf7P3WUAAjWGQ.jpgphoto

Coin Marketplace

STEEM 0.16
TRX 0.15
JST 0.029
BTC 58075.38
ETH 2463.77
USDT 1.00
SBD 2.38