Küçə işıqları

in Steemit Azerbaijan☪✔3 years ago

Hər vaxtınız xeyirli olsun.

IMG_20211228_164003.jpg

Küçə işıqları çox qədim zamanlardan var. Qədimdə küçələrdə işıq olardı, lakin lampa müxtəlif heyvanların yağı ilə yanırdı. Neft tapıldıqdan sonra isə, neftdən istifadə etməyə başladılar. Qədim vaxtlarda da müxtəlif formada işıq dirəkləri var idi.

IMG_20211228_172623.jpg

Elektrik kəşf olunandan sonra insanlar müxtəlif kəşflər etməyə başladı. Hər yer işıqlı olmağa başladı. Hal hazırda dünyanın bütün şəhər və qəsəbələrində bir-birindən gözəl, fərqli işıq dirəkləri var. Bir çox inkişaf etmiş ölkələrdə küçə işıqları günəş batareyaları ilə yanır.

IMG_20211228_174524.jpg

Əvvəllər İşıq dirəkləri adi şalbanlarda olurdu. İndi işıq dirəkləri şəhərimizə xüsusi gözəllik verir. Parklarda olan işıq dirəkləri yol qırağında olanlardan formasına görə fərqlənir. Bu işıq dirəklərini parkda gəzərkən çəkdim. Parka həm yaraşıq verir, həm də işıqlı olur.

Sort:  
 3 years ago 

Çox gözəl görüntüsü var ŞƏHƏRİMİN. Parkları başqa aləmdir...Belə bir əlavə olacaq köhnə vaxtlar əsas materiallar ağır metallardan, daşdan hazırlanmış olardı. İndi isə müxtəlif görüntü verilirək istənilən formada hazırlanır. Bəzi yerlərdə daha müasir dövrü özündə əks etdirən görüntüdə olurlar. Müasir formalı işıq dirəkləri olan parkda gəzəndə insan özünü kosmosda gəzirmiş kimi hiss edir.😊😉

Coin Marketplace

STEEM 0.16
TRX 0.15
JST 0.029
BTC 58118.57
ETH 2462.81
USDT 1.00
SBD 2.38