The Diary Game -Better Life Season 3 | 06.12.2021 | DAİLY BLOG

in Steemit Azerbaijan☪✔3 years ago

Salam əziz Steem Azerbaijan ailəsi. Bu aralar həyatımızda xoş və məntiqli dəyişikliklər etmək istəyirik və bunun üçün çalışırıq deyə, çox aktiv ola bilmirik amma gələcək aylarda daha aktiv olacağımıza söz verirəm. Siz danışım bu gün yediklərimizdən. Səhər olduqca rəngli, dadlı və faydalı sandviçlə başladıq.

IMG-20211206-WA0014.jpg

Çörəkləri qızartdım, üzərinə keşyu pendiri yaxdım, avokado və rəngli çeri pomidorlarını da doğrayıb qoydum çörəyin üzərinə. Biraz çətənə toxumları və keşniş səpdim. Yanına da yulaf südü ilə latte hazırladım, ləzzətlə yedik.

IMG-20211206-WA0015.jpg

Günorta yeməyi üçün bolt food-dan sifariş etdim çünki işdəydim. Yenə Manipura restoranından sifariş etdim çünki həm veqandır həm də yaxın. Bu səfər yer şiva kasası sifariş etdim. İçərisində düyü, falafel, hummus, sousda noxud və brokoli var idi.

IMG-20211206-WA0016.jpg

Axşam yeməyi üçün isə gürcü xəngəli bişirdim. Amma biraz dəyişik şəkildə. Xəmirinə çuğundur şirəsi qatdım, çəhrayı rəng aldı. İçərisinə isə, veqan ət, soğan və keşnişi qarışdırdım və yığdım. Büküb, suda qaynatdım. Ləzzətlə yedik.

IMG-20211206-WA0013.jpg

Belə əziz insanlar. Hamınızın günü xoş və gözəl keçsin.

Sort:  
 3 years ago 

Gözəl səbəbdən aktiv ola bilmirsiniz) Dəyişikliklər xeyirli, uğurlu olsun :)

Coin Marketplace

STEEM 0.18
TRX 0.14
JST 0.030
BTC 59238.58
ETH 3176.28
USDT 1.00
SBD 2.45