CLUB5050 The Diary Game Better Life Season 3| 10.04.22| Məcburi köçkün (Davamı)

in Steemit Azerbaijan☪✔2 years ago

Ayın 11-i yuxudan oyanıb, valideylərimlə səhər yeməyini yeyib, sağollaşdıq. Həyatda ən nifrət etdiyim şey ayrılıqdır və sağollaşmaq məcburiyyətində qalmaqdır. Atam bizi maşını ilə sərhəddə qədər gətirdi və xoşbəxtlikdən yol boş idi. Halbuki 1-2 həftə öncə bu yollar 20-30 km-ə uzanan maşınlarla dolu idi.Polşa sərhəddində yaşadığımız üçün 10 dəqiqəyə sərhəddə çatdıq. Vidalaşdıq və çamadanlarımızla birgə girdik passport kontrola. Bundan sonra bizi nə gözləyirdi bilmirdik.

IMG_20220409_170323.jpg

Heçnə, bəxtimizə irqçi bir qadın düşdü, bütün sənədlərimiz qaydasında olduğu halda bizi yolun digər tərəfindəki yoxlama zalına göndrədi, orda dedilər ki sizi niyə bura göndəriblər, hər şey qaydasındadır. Təzədən yolu keçib yenə gəldik o ruhi xəstə "İrka" adlı məxluqun yanına. yenidən baxdı bütün sənədlərə və bizi təzədən yoxlanışa göndrədi. Pilləkənli yollarda çamadanları ora bura sürüdük deyə çamadanın qulpu qopdu, əsəbdən ölə bilərdim. Bir tərəfdən də atam zəng edir ki, sizə niyə elə haqsızlıq edirlər axı hamı məni burda tanıyır. Ancaq müharibə zamanında tanımırmış demək ki. Atamın kafesində içib özünü itirən axmaq qadın bu gün bizi səbəbsiz yerə, hətta passporta peçat vurduğu halda buraxmışdı. Saat 8-də getmişdik ki, tez vaxtında sərhəddi keçək amma düz 3 saat gözlədik. Gözümüzün qarşısında öz vətəndaşlarını keçirirdi bizə isə "gözləyin siz" deyirdi. Sonra dözə bilmədik və atam da məni "tırlaladı" ki onlarla ciddi tanış və onları qaynar xəttə zəng edib şikayət edəcəyinlə qorxut dedi. Mən danışmaq istəyirdim ki, həmin bu qadına zəng gəldi, atamın xətrini çox sevən bir sərhəd işçisi ona həyatı başa saldı və ondan sonra bizim passportları verdi. Onu kainatın ədalətinə buraxıram. Atam olmasaydı bəlkə də bir gün orda gözləyəcəkdik. İlk sərhəddi 3 saatdan sonra nəhayət ki, keçmişdik, qalmışdı ikinci Polşa sərhəddi.

Orda da kiçik problem yaşadıq, yenə mənim bəxtimə barmaq izi götürən aparat xarab oldu. Ah dedim, hər şərdə bir xeyir var görək sonrası nə olacaq. Polşa sərhəddini də çıxdıqdan sonra atamın Przemsyl şəhərində yaşayan dostunun yanına getməli idik. Ancaq o bizi qarşılamağa gəlmədi bizə dedi ki, siz gəlin mənim iş yerimə, əslində mənə görə bu nəzakətsizlik idi çünki biz oranı tanımırdıq və onun maşını var idi.Atam hər zaman hamıya çox böyük yaxşılıqlar edib və kim Ukraynaya gəlmək istəsə onları gedib hava limanından və yaxud sərhəddən götürüb. Biz başa düşdük ki, həmin şəxs heç məmnun deyil bizim gəlişimizdən və anı bir qərarla bir başa Münxenə getməyə qərar verdik...
Ardı var..
IMG_20220408_122347.jpg

Coin Marketplace

STEEM 0.19
TRX 0.14
JST 0.030
BTC 59908.77
ETH 3191.82
USDT 1.00
SBD 2.43