CLUB5050 The Diary Game Better Life Season 3 |04.04.22| Məcburi köçkün (Davamı)

in Steemit Azerbaijan☪✔2 years ago

Nə edəcəyini bilməyən bir sürü insan bir evin içərisində oturub, baş verənlərə heyrətlə baxırdıq. Ailə dostlarının yarısı Polşa sərhəddinə keçmişdi ancaq heç vaxt avropaya getmədikləri üçün, onlara çətin oldu və ordan Azərbaycana qayıtdılar. Halbuki ki, avropada yeni bir başlanğıc qurmaq daha yaxşı olardı nəyin ki kasıb Azərbaycana qayıtmaq. Bir neçə gün sonra digər ailə üzvləri də Moldovadan sərhəddi keçməyə çalışdı ancaq alınmadı. Bildiyim qədəri ilə hələ də sərhəddəki qızıl xaçın məcburi köçgünlər üçün hazırladığı lagerdə qalırlar. Biz də Rəcəblə götür qoy edirdik, gedək mi, getməyək mi?

Screenshot_20220404-160818~2.png

Əslində bu bizim üçün bir fürsət idi ən çox da Rəcəb üçün çünki o 17 yaşından bəri Almaniya xəyalını qururdu. Sanki kainat onun duasını eşitmişdi və bir "rahat" yol açmışdı. Ancaq o rahat yol heç də kəlimənin mənasına layiq deyildi.

Screenshot_20220404-160750~2.png

Atam vaxt itirməyin gedin deyirdi və biz də bilirdik ki, əgər getməliyiksə indi getməliyik ancaq digər tərəfdə çarəsiz ailəm var idi. Hətta biz getsək belə rahat olmayacağımı bilirdim. Bacımın və anamın da bizimlə gəlməsini istəyirdim ancaq bacımın nişanlısı olduğu üçün onu qoyub gedə bilmirdi. Ailələr razılığa gəlib, nigah etdilər ki, birdən onlar da gəlsə bütün sənədlər hazır olsun. Nigah baş tutdu və yüngülcə qeyd etdik.

Screenshot_20220404-160806~2.png

Sonra isə bacımın nişanlısı getmək istəmədiyini dedi və biz məcbur qalıb Rəcəblə getmək qərarı aldıq. Ailə üzvlərimizlə danışıb mart ayının 11-i çıxacağımızı dedik. Hamı xeyir dua verdi və qərarımızı dəstəklədi. İki gün hazırlaşdıq və sadəcə 2 çamadan əşya götürüb hazırlaşdıq getməyə...
Ardı var..

Coin Marketplace

STEEM 0.19
TRX 0.14
JST 0.030
BTC 60268.51
ETH 3201.96
USDT 1.00
SBD 2.43