Steemit Enagement Challenge ||🛫🌏 Your travel manager ✈ I Goychay, Azerbaijan

in Steemit Azerbaijan☪✔2 years ago (edited)

goychay 2.jpg

Salam Dünya. Salam əziz Steemit camaatı.
Çox sevindirici bir haldır bizim üçün Topluluğumuzun fəaliyyətləri və fəallığı ilə Steemit Dəstəkçiləri bu sezonuda yarışmalar üçün ev sahibliyini Steemt Azərbaycana verdi. Dostum @revan746 nın bu işdə əməyi sonsuzdur. təşəkkürlər qardaşım. Mən də bu sezonun 1 ci həftəsinin Səyahət meneceri yarışmasında öz şəhərimin tanıtımını az da olsa etmək istəyirəm. Mənin doğma şəhərim Göyçay...

Göyçay rayonu Azərbaycanın dağətəyi və düzən reliyefə malik mərkəzi aran iqtisadi coğrafi bölgələsində yerləşən rayonlarından biridir.

Untitled-1.jpg

Şəhər tarixən ticarət yolunun üstündə yerləşdiyinə görə ticarət daha inkişaf etmişdir. Quru tropic iqlim tipi hakim olmasına baxmayaraq dağətəyi ərazilərdə mülayim hava tipi şəraitində bir çox meyvə növləri yetişdirmək mümkündür. Əsasən nar növləri ilə məhşur olan rayonun AZNAR QSC kimi böyük şirə zavodu, Mirzəhüseynli ərazisində Şərab Zavodu fəliyyət göstərməkdədir. Hər il Aznar QSC-nin dəstəyi ilə NAR Festivalı keçirilir ki, burda narın görmədiyimiz növlərinə rast gələ bilərsiniz. Çox maraqlı tədbir olur. Hər il xaricdən gələn qonaqlar Aznar QSC-nin böyük ərazisində salınmış Otel və Əyləncə Parkında istirahət edir. Şəhərin adı şəhər mərkəzindən keçən Göyçay adlı çaydan götürülmüşdür. Rayonun şəhər mərkəzində böyük Musiqi, Şahmat məktəbləri İdman Olimpia Kompleksi, Stadion, yaxşı xidmət göstərən kafe və restoranlar var. Şəhər hissəsi heç də böyük olmamasına baxmayaraq doqquz tam orta məktəb, Dövlət İdarəetmə və Texnologiya kolleci və Peşə İxtisas texnikomu var.
Şəhərimizdə 130 il əvvəl tikilmiş tarixi abidələrdən yeraltı hamam Azərbaycanın nadir memarlıq abidələrindən sayılır.

Yealtı_hamam_(Göyçay).jpg
foto
Göyçayın imkanlı şəxslərindən olan Həzrət bəy Ağazadə bu hamamı qızına cehiz olaraq tikdirib. Uzun illər insanlara xidmət göstərən bu nadir tikilinin bir sirri indiyədək sirr olaraq qalır. Hamamın çirkab suları hara və necə axıdılması haqqında aparılan araşdırmalara baxmayaraq, bu sirr hələ də sirr olaraq qalır.. Yeraltı hamam adı ona əsas hissəsi torpağın səthindən 2 metr dərinlikdə yerləşdiyi üçün verilib. xaricdən kvadrat formasında olan tikilinin daxildə oval şəkilli üç böyük salonun ikisi qadınlar, biri isə kişilər üçün olub. Hamamdan eyni vaxtda 70 nəfər istifadə edə bilirmiş. Hamamın özəlliklərindən biri də onun qış vaxtı necə qızdırılması ilə bağlıdır. Belə ki, araşdırmalar zamanı içəridə heç bir xüsusi qızdırıcı peç olmadan ocaqxanada qızdırılan isti su bişmiş kərpicdən tikilmiş döşəmənin altındakı borularla dövr edərək hər üç salonu qızdırırmış.

Azərbaycanın ilk ali təhsilli memarı Zivər bəy Əhmədbəyovun verdiyi layihə əsasında 1902 ci ildə tikilmiş olan Əbülfəzil Abbas məscidi də Azərbaycanın tarixi memarlıq incilərindən sayılır.

Goycay.jpg
foto

Məscidin həyətyanı sahəsi 500 kv.metr, iç sahəsi 360 kv.metr, hündürlüyü isə 7 metrdir. Məscidin günbəzi dəyirmi formada olub, hündürlüyü 2 metrdir. Günbəzin üstü dəmir təbəqə ilə işlənmişdir. Minbəri taxtadandır və doqquzpilləlidir. Mehrabı isə divarın içərisində olub, hündürlüyü 2 metrdir.

Untitled-1.jpg

Göyçay yaz və payız aylarında daha sərin və gözəl olur. Payız meyvələri bolluq və bərəkət gətirir.
Payız aylarında əsasən Noyabr ayının ilk həftəsində keçirilən Nar festivalına gəlməyinizi tövsiyə etərdim.

1478460285_2-pod-tekst.jpg

1478460273_5ec7f0a2-15c8-498c-b1e3-3107137db4e0_mw1024_mh1024_s.jpg

1478460308_granat-2-1024x683.jpg

1478460331_1-2.jpg
fotolar

Əgər Azərbaycanda keçirilən Festivallar haqqında məlumat almaq həmçinin gəzməli görməli yerlər haqqında məlumat almaq istəsəniz https://migrationto.az/az-festivals.htm saytından məlumat ala bilərsiniz.
Bura gəlmək üçün Heydər əliyev Hava limanından azı 30-40 dəqiqəlik avtomobil yolu ilə Bakı Rayonlararası Avtovağzalına taksi ilə gəlməlisiniz. Şirkət taksi xidmətlərindən istifadə etməyiniz tövsiyyə olunur. (Şəxsi taksilər çox baha qiymətə xidmət göstərirlər.) bu yol üçün 10-12 manat (steemin hazırkı qiyməti ilə desək 1 AZN = 2,3296 steem) yəni 23.30 Steem ödəməlisiniz. Rayona gəlmək daha az məsrəf edir. Cəmi: 8 azn = 18.63 steem. Səyahət bahalı olduğu üçün ən azı özünüzlə 1000 steem götürsəniz yaxşı olar .

Beləliklə rayonun şəhər hissəsinə Bakıdan iki böyük yolla gəlmək mümkündür.

1-ci Dağlı-dərəli, meşəli həmçinin dairəvi döngələri, aşırımları ilə məhşur olan Şamaxı-Ağsu yolu ilə 212km.

22279942_1250165341755218_5173805776800334386_n.jpg
foto

2-ci Bakı-Qazax Magistiralı 248km. Aşağı yol adlanan yayda magistral yolda Hacıqabul rayonu ərazisində Qədrxum adlı Ailəvi istirahət Mərkəzinə getməyiniz də məsləhətdir.

279289935_413604764100630_6214269601617187212_n.jpg
foto

15097190104811134323_1000x669.jpg
foto

Bu Nar abidəsini gördüysəniz artıq şəhərə çatmısınız. Təbriklər...

Sonda Dostum video operator Qismət Babayevin Göyçayın kiçik bələdçi vidosunu da sizlərlə paylaşıram.

Untitled-1.jpg

Lahiyyənin şərti olaraq azərbaycandan @orxan-m-50@isa545, türkiyədən @mesafe, @fhrekr, @whyshy dostları da etkinliyə dəvət edirəm.

Oxuduğunuz üçün təşəkkürlər

Sort:  
 2 years ago 

Bəs İsmayıllı ərazisindən keçən Göyçay çayının sizin rayona nə aidiyyəti var? Göyçaydan keçirmi, amma niyə Göyçaya çatmamışdan elə adlandırılıb?

 2 years ago 

😀 Hər yer Göyçaydı. Göyçay Azərbaycandır. Oraları sonradan Qəbələyə, İsmayıllıya vermişik. 😂😂😂😂😂

 2 years ago 

Vəssalam da. Qırğın düşəcək))

 2 years ago 

Niyə ki. Qəbələdə bizimdi, İsmayıllıda. Yayda get bax gör Göyçaylılardan çox kim var meşəlikdə. 😂

 2 years ago 

steemit azerbaijan.jfif
Status Club
club100
Steemexclusive
No Plagiarism Free
BOT Free
350 Words
Post Quality
8.5/10


 2 years ago 

Thanks for liking @revan746

 2 years ago 

Belə gözəl post yazdığın üçün təşəkkür edirəm. Topluluğumuzun üzrvləri arasından Azərbaycanımızı və Göyçayı dünyaya belə gözəl şəkildə təsvir etdiyin üçün topluluq adından minnətdarıq. Nar günləri həqiqətən möhtəşəmdir. Bu ənənədən sonra bütün regionlarımızda hansı sahələr üzrə ixtisaslaşıblarsa onlar da belə məhsul bayramları qeyd edirlər. Məsələn, Quba- "alma bayramı", Qəbələ- "mürəbbə festifalı", Cəlilabad- "çiyələk bayramı". Ucar- heş zad

 2 years ago 

Təşəkkürlər @steem-azerbaijan. Məzəli söhbətindən geri qalmırsan. Ucar heşzad nəyidə ...🤣🤣 Allah səni güldürsün. Yavaş yavaş oxuyursan tərifin pik nöqtəsində birdənə fişəng 🤣

 2 years ago 

Çox axtardım ki, Ucara nə yazım? Yoxdur da, yayda adamın imkanı ola orda "mığ-mığa festivalı" keçirə.

 2 years ago 

62071148_2297455143804181_5653789395338133504_n.jpg

orda hər gün mığmığa, ditdili üçün festivaldır "mosquito festival". əsas da ora qonaq gedəsən yad adam qanı. 🤣

Es muy interesante, que en otoño las frutas atraigan abundancia, es muy bueno.

Hay un festival en honor a la granada , a mi me encanta está fruta, tiene su toque ácido y dulce...

Excelentes fotografías del lugar, llama mucho la atención de cualquier turista.

Saludos desde venezuela 🤗 y te deseo mucho éxito...

 2 years ago 

¡Qué gran honor! No puede haber nada más valioso que recibir un cordial saludo desde Venezuela. Estas características de la plataforma Steemit son verdaderamente invaluables. Gracias por su atención y me alegro de conocerlo. 🤗

A great post! I’ve learned so much from this beautiful country.
I love pomegranates! When my grandpa had a farm we could eat it whenever we want to. Now I have to pay for it and it is very expensive, 12 Steem for 1!
Thank you for sharing and best wishes for the contest.

 2 years ago 

Dear @patjewell where you live. You pay a lot of money for 1 pomegranate. I thought for a moment that maybe in the fall I will send you a few pomegranates as a share of steemit. As a reward for your great comment.🤗

Now that would have been nice! :-)
Greetings from South Africa

 2 years ago 

What a wonderful. Steemit is the best platform to make friends with people you don't know. Pomegranate grows in October-November. write me your address please. I will follow your writings. Take good care of yourself. God bless you.

Steemit is indeed the best social media platform for making new friends 😊
Thank you for your blessings. God’s blessings to you also

 2 years ago 

You are absolutely right, dear @patjewell

Haha! Now that would have been wonderful!
Greetings from South Africa 🇿🇦

It's a very good introduction. :)

We have a riddle.

I bought 1 from the bazaar, I came home, it was 1000. What is this?

 2 years ago 

Pomegranate 😀. Very thanks for your support and riddle 🤗.

Today you shared with us a nice travel place to participate in the competition and you gave a latest video. In fact, watching the video, one can understand how beautiful this place is. I'm really impressed with your video. Thanks for sharing with us such a beautiful travel destination.

 2 years ago 

Thank you for this wonderful comment.

Congratulations on a being a winner in the Steemit Engagement Challenge - Season 2, Week 1.

 2 years ago 

Thanks for your attention

Coin Marketplace

STEEM 0.21
TRX 0.13
JST 0.030
BTC 67073.12
ETH 3507.19
USDT 1.00
SBD 3.18