Hava da buğa sezonundadır tək kriptobirja xaric. 😀 (100% beneficiaries for Steemit Azerbaijan)

in Steemit Azerbaijan☪✔3 years ago (edited)
BinanceWeather
20220601_223429.jpg20220601_154520.jpg

Uzun sürən yağıntılardan sonra elə bir istilər başlayıb ki, kölgədə də nəfəs almaq çətinləşir. Rəhmətliyin nəvəsi bu boyda da barıt qoymaq olar. Buludları elə bil paltar sıxan kimi sıxıb suyunu çıxarıblar. Günəşin şuaları adamın içindən keçir ox kimi. Birjaya baxıram düşüş rləbil oksigen azlığı yaradır, nəfəs darlığı çəkir adam, bir tərəfdən də hava. İşin razqar vaxtı Paşada maşının təkərini qırdı söhbəti 😀

Mənim işim marketlərdə təcili yardımdır. Yəni kimin işində nə nasazlıq yaranır bizi çağırırlar. Gəl bu istidə gəz marketləri. Sənə zəng edələr ki, kompyüter açılmır tez özünü çatdır millət yığılıb kassaya. Adə hə tez götürülürsən çatıb baxırsan ki bu ayağı qırılmış "Paşanın" gözü görməyib ayağı dəyib kompyüter tokdan çıxıb. Təsəvür edin həmin səhnə. And içmələr zad 😂
Səhərdən sifariş verdiyim terminal da gəlib çıxdı.

20220531_222103.jpg

20220531_221541.jpg

Amdroid sistemli bu teminaldan birinci dəfədir istifadə edirəm. Yeni nəsil texnologiyanın üstünlükləri işi çox sürətləndirir. Naqilsiz, wifi vasitəsi ilə məlumatları məsafədən serverə göndərmək və qəbul etmək işi çox asanlaşdırır. Əgər yaxşı işləsə marketlərə bunu təklif etməyi düşünürəm.

Sonda Yol əhvalatı filimindən iclas səhnəsini izləmək yerinə düşər. Hərdən bir yadıma düşəndə açıb bu səhnəni dəfələrlə izləyirəm.

Coin Marketplace

STEEM 0.23
TRX 0.24
JST 0.038
BTC 95361.20
ETH 3282.78
USDT 1.00
SBD 3.29